Icma.az
close
up
RU
​METRO XƏTTİ BAĞLANIR, TƏLƏBƏLƏR NƏ EDƏCƏK? Ekspertdən təkliflər

​METRO XƏTTİ BAĞLANIR, TƏLƏBƏLƏR NƏ EDƏCƏK? Ekspertdən təkliflər

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rauf Ağamirzəyev: “İctimai nəqliyyatda brutto müqavilə modelinə keçilməlidir...”

“Nizami -28 May” xəttində aparılacaq təmir işləri səbəbindən metro hərəkətinin 10-11 ay dayandırılması minlərlə sərnişinin gündəlik gediş-gəlişinə təsir edəcək. Xüsusilə tələbələrin daha çox avtobusdan istifadə etməsi həm vaxt itkisinə, həm də nəqliyyat xərclərinin artmasına səbəb ola bilər.

Bu dövrdə tələbələr üçün avtobuslarda güzəştli gedişhaqqının tətbiqinə ehtiyac varmı? Dövlət və daşıyıcı qurumlar yaranacaq əlavə yükü azaltmaq üçün hansı dəstək mexanizmlərini tətbiq edə bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, metro xətlərinin ayrılması strateji zərurətdir və bu qərar çoxdan verilməli idi.

Onun sözlərinə görə, xətlərin eyni müstəvidə kəsişməsi həm texniki məhdudiyyətlər yaradır, həm də metropolitenin inkişafına ciddi maneələr törədirdi: “Bu ayrılığı çoxdan etmək lazım idi. İndi həyata keçirilirsə, bu, müsbət addımdır və cəmiyyət bunu anlayışla qarşılamalıdır. Təbii ki, müəyyən təsirlər qaçılmaz olacaq. Əsas məsələ həmin təsirlərin minimuma endirilməsidir. Bunun üçün ilk növbədə dövlət proqramında nəzərdə tutulan layihələrin icrası sürətləndirilməlidir. O, xüsusilə Dərnəgül-Koroğlu dəmir yolu əlaqəsində çatışmayan təxminən 2 kilometrlik hissənin tikintisini vacib sayır. Bu xətt istifadəyə verilərsə, həm şəhərdaxili mobillik artacaq, həm də Abşeron dairəvi dəmir yolunun tam fəaliyyəti təmin olunacaq. Nəticədə şimal istiqamətindən gələn sərnişinlər 20 Yanvar və 28 May stansiyalarına daxil olmadan birbaşa şəhərin şərq hissəsinə keçə biləcəklər. Bu, eyni zamanda 28 May, 20 Yanvar və Koroğlu stansiyalarının, eləcə də Ziya Bünyadov prospektinin yükünü əhəmiyyətli dərəcədə azaldacaq”.

R.Ağamirzəyev qeyd edib ki, ictimai nəqliyyatda brutto müqavilə modelinə keçid də təxirə salınmamalıdır. Bu sistem gündəlik, aylıq və illik bilet paketlərinin, həmçinin 90 dəqiqəlik pulsuz transfer imkanının tətbiqinə şərait yaradacaq: “Belə mexanizmlər sərnişinlərin xərclərini optimallaşdırır. İnsan hansı nəqliyyat növündən istifadə etməsindən asılı olmayaraq, müəyyən vaxt ərzində bir ödənişlə səfərini davam etdirə bilir. Əsas məqsəd vətəndaşın vaxtında mənzil başına çatmasıdır. Bu da iqtisadi fəallığı və insanların məmnunluğunu artırır.

Şəhərdə formalaşmış hərəkət vərdişləri də dəyişməlidir. Qısa məsafələr üçün piyadaların hərəkəti daha rahat və təhlükəsiz edilməlidir. Dövlət proqramında nəzərdə tutulan piyada səkilərinin abadlaşdırılması təxirə salınmadan həyata keçirilməlidir. Xüsusilə 28 May ilə Nizami metro stansiyaları arasındakı məsafə piyada qət edilə biləcək məsafədir. Lakin mövcud baryerlər buna mane olur. Panduslar quraşdırılmalı, yeni zebra keçidləri və svetoforlar təşkil edilməlidir. Şəhərin mərkəzində insanlar avtomobildən deyil, ictimai nəqliyyatdan və piyada hərəkətindən daha çox istifadə etməlidirlər. Bakı şəhərində piyadalar uzun illərdir ikinci planda qalıb və bu yanaşma dəyişməlidir. Piyada şəhərin əsas hərəkət iştirakçılarından biri olmalıdır. Bunun üçün təhlükəsiz və rahat infrastruktur yaradılmalı, bu iş illərlə uzadılmamalıdır”.

Ekspert tələbələr və pensiyaçılar üçün də əlavə güzəştlərin tətbiqini məqsədəuyğun hesab edir: “Brutto müqavilə sistemi çərçivəsində tələbə və pensiyaçılar üçün beynəlxalq təcrübəyə uyğun güzəştlər tətbiq olunmalıdır. Bundan başqa, növbəti 10-11 ay ərzində mikromobillik operatorları tələbələr üçün xüsusi endirim paketləri hazırlaya bilərlər. Bu, onların universitetlərə daha aşağı xərclə və rahat şəkildə çatmasına kömək edər.

Son illərdə yaradılan mikromobillik zolaqları da tam şəkildə tamamlanmalıdır. Harada çatışmazlıq və ya qırılma varsa, aradan qaldırılmalıdır. Mikromobillik zolaqları genişləndirilməli, piyada səkiləri abadlaşdırılmalı, zebra keçidlərinin və svetoforların sayı artırılmalıdır. Şəhərdə müxtəlif nəqliyyat axınları bir-birindən ayrılmalıdır. Metro xətlərinin ayrılması yeraltı sərnişin axınını daha səmərəli təşkil etməyə imkan verəcək. Yeni keçid stansiyalarının istifadəyə verilməsi nəticəsində sərnişin axını müxtəlif istiqamətlərə bölünəcək, marşrutlar qısalacaq və sistem daha səmərəli işləyəcək. Eyni prinsip yerüstü nəqliyyatda da tətbiq olunmalıdır. Piyada, mikromobillik, ictimai nəqliyyat, taksi və fərdi avtomobillərin hərəkəti sfetaforla tənzimlənməlidir”.

Sonda ekspert əlavə edib ki, bütün çətinliklərə baxmayaraq, layihəyə uzunmüddətli perspektivdən yanaşmaq lazımdır: “Bu prosesi anlayışla qarşılamaq vacibdir. Çünki metro hələ də şəhər nəqliyyatında rəqibsiz nəqliyyat növüdür”.

Oğuz Ayvaz

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Avqust 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri