Icma.az
close
up
RU
Metronun “28 May” stansiyasının platformasını “Cəfər Cabbarlı” ilə birləşdirən piyada tunelinin layihə işləri tamamlanıb

Metronun “28 May” stansiyasının platformasını “Cəfər Cabbarlı” ilə birləşdirən piyada tunelinin layihə işləri tamamlanıb

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni stansiyaların inşası məqsədilə mərhələli işlər davam etdirilir. Artıq “Yüksel Proje” şirkəti ilə müqavilə imzalanıb. Bura iki istiqamət daxildir: biri - 10 stansiyadan 9-nun və tunellərin layihələndirilməsi, ikincisi Yaşıl və Qırmızı xətlərin ayrılmasının layihələndirilməsi.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov “Xocəsən" elektrik deposunda metropolitenə gətirilmiş yeni nəsil qatarların yığılaraq komplektləşdirilməsi prosesi zamanı deyib.

Onun sözlərinə görə, xətlərin ayrılması zamanı “İçərişəhər” stansiyasında keçid kamerası, dönmə tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi də nəzərdə tutulub. O bildirib ki, hazırda layihələndirmə işləri sürətlə davam edir.

“Stansiyaların yerlərinin dəqiqləşdirilməsi və rəsmiləşdirilməsi istiqamətində tədbirlər görülür. Tunel traslarının hazırlanması da sürətlə yerinə yetirilir. Metro inşaatının özəllikləri çoxdur. Sadəcə, inşaat deyil, infrastruktura daxil olan bütün məsələlər nəzərdə tutulmalı, tikinti norma və qaydalarının bütün müddəaları nəzərə alınmalıdır. Xətlərin ayrılması istiqamətində işlərə isə “Dərnəgül” deposu ilə başlanılıb. Hazırda tunellərdə 1 kilometrdən artıq dəmir yollarının çəkilməsi prosesi sürətlə davam edir. Yollar dəmir-beton blok üzərində olacaq. Depo ərazisində qatarlara təmir, qulluq, baxış sahəsində də dəmir-beton işləri görülür. Birinci mərhələdə, 7 belə sahə tam hazır vəziyyətə gətiriləcək”, - deyə E.Əhmədov qeyd edib.

Sədrin müşaviri metronun “28 May” stansiyası yaxınlığında qazma işlərinə də start verildiyini sözlərinə əlavə edib: “Yaxın günlərdə şaxtaların qazıntısına da başlanılacaq. Burada 30 metr dərinliyə qədər şaxta qazılacaq. “Dərnəgül” deposunun birinci mərhələsi başa çatdıqdan sonra isə bu şaxtalardan, əvvəllər elan etdiyimiz, 200 metrədək tunel inşasına başlanılacaq. Xətlərin ayrılması təkcə bundan ibarət olmayacaq. “28 May” stansiyasının platformasını “Cəfər Cabbarlı” stansiyası ilə birləşdirən piyada tuneli də inşa olunacaq. Burada da layihə işləri tamamlanıb və hazırlıq işlərinə başlanılıb. Münasib dövrdə bu tikinti işinə də başlanılacaq. Həmçinin hazırda xətlərin ayrıldıqdan sonra dayanıqlı enerji təminatını verəcək iki elektrik yarımstansiyanın da layihələndirilməsi işləri davam etdirilir”.

O qeyd edib ki, “İçərişəhər” stansiyasının arxasındakı dönmə kamerası ilə bağlı hazırda geoloji kəşfiyyat-axtarış işləri davam etdirilir. Layihələndirmə yekunlaşan kimi həm dönmə kamerası, həm tunel, həm də avtoparkinqlə bağlı məlumatlar təqdim olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri