Metronun bu stansiyalarına giriş PULSUZ OLACAQ
Icma.az, Yenisabah saytına istinadən bildirir.
“Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sentyabrın 23-dən “Xocəsən” və “Avtovağzal” metrostansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq.
“Yeni Sabah” xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bu addım sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə atılıb. pizza hut
Beləliklə, Sumqayıt, Xırdalan, Bakı–Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonlarının bir sıra ərazilərindən gələn sərnişinlər “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan istifadə edə biləcəklər.
Qeyd olunan istiqamətlərdən gələn sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.
Bundan əlavə, nəqliyyatın mərkəzləşdirilmiş idarə olunması çərçivəsində aparılan monitorinqlər və sosial-iqtisadi təhlillər əsasında bir sıra avtobus marşrutlarının birbaşa “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndirilməsi nəzərdə tutulur.
Görülən tədbirlər Yaşıl və Bənövşəyi xətlərlə Qırmızı xətt arasında daha rahat və alternativ hərəkət imkanlarının yaradılmasına, sərnişinlərin vaxt və maliyyə itkisinin azaldılmasına xidmət edəcək.
Xətlərin ayrılması layihəsinin icrası müddətində bu tədbirlər sərnişin axınlarının daha səmərəli bölüşdürülməsinə, şəhərin giriş istiqamətlərində ictimai nəqliyyatın hərəkətinin optimallaşdırılmasına və alternativ marşrutların genişləndirilməsinə imkan verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 22 Sentyabr 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















