Icma.az
close
up
RU
Sabahdan metronun bu stansiyalarında DƏYİŞİKLİK OLACAQ

Sabahdan metronun bu stansiyalarında DƏYİŞİKLİK OLACAQ

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabahdan "AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC tərəfindən "qırmızı" və "yaşıl" xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır.

Bakıvaxtı.az xəbər verir ki, tikinti işləri təxminən 10-11 ay davam edəcək və bu müddət ərzində qatarlar "Nizami" - "28 May" arasında fəaliyyət göstərməyəcək.

Layihə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na uyğun icra olunur.

Layihənin əsas məqsədi "qırmızı" və "yaşıl" xətlər arasında asılılığa son qoymaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və hərəkətin dayanıqlılığını təmin etməkdir.

İşlər tamamlandıqdan sonra "İçərişəhər" istiqamətinə gedən sərnişinlər "28 May", "Dərnəgül" istiqamətinə gedənlər isə "Cəfər Cabbarlı" stansiyasının platformasından istifadə edəcəklər.

Bununla yanaşı, "28 May" və "Cəfər Cabbarlı" stansiyalarını birləşdirən və tikintisi artıq yekunlaşmaq üzrə olan ikinci sərnişin pilləkəni stansiyalar arasında daha rahat və sürətli keçidə imkan verəcək.

Layihənin icrası çərçivəsində "yaşıl" xəttə xidmət göstərəcək "Dərnəgül" elektrik deposunun inşaatının ikinci mərhələsi başa çatmaq üzrədir. Bununla da "Cəfər Cabbarlı" - "Nizami" mənzilini birləşdirəcək 200 metrlik yeni tunellərin inşasına başlanılır. Tikinti işləri təxminən 10-11 ay davam edəcək.

İnşaat dövründə metroda hərəkət aşağıdakı kimi təşkil olunacaq:

- "28 May" - "Nizami" mənzili: bu iki stansiya arasında sərnişindaşıma dayandırılacaq. Bununla əlaqədar aparılmış birgə təhlillər əsasında artıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əlavə ekspres marşrutlar açılıb.

- "Qırmızı" xətt: "İçərişəhər" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunmaqla qatarlar "İçərişəhər" - "Əhmədli" marşrutu üzrə 2 dəqiqə 30 saniyəlik intervalla hərəkət edəcək. ("Əhmədli"- "Həzi Aslanov" mənzilində təmir başa çatanadək məkik hərəkət üzrə mövcud interval saxlanılacaq).

- "Yaşıl" xətt: Qatarlar "Dərnəgül" - "Nizami" marşrutu üzrə 3 dəqiqə 30 saniyəlik intervalla fəaliyyət göstərəcək.

- "Cəfər Cabbarlı" - "Xətai" mənzili: Məkik hərəkət rejimi dəyişməz qalacaq (interval 7 dəqiqə).

- "Bənövşəyi" xətt: "Xocəsən" - "8 Noyabr" marşrutu üzrə 8 dəqiqəlik interval qüvvədə saxlanılacaq.

"Qırmızı xətt" üzrə isə "İçərişəhər" dönmə kamerasının tikintisi davam edir və layihənin 2028-ci ilin ikinci yarısında tamamlanması planlaşdırılır. Bu infrastrukturlar tam istifadəyə verildikdən sonra hər iki xətt üzrə intervalların 2 dəqiqəyədək azaldılması mümkün olacaq.

"28 May" və "Nizami" stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq çətinliklər nəzərə alınaraq, yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin təşkilinə dair qərar qəbul olunub. Belə ki, AYNA tərəfindən əlavə ekspres xətlərin yaradılması və mövcud xətlərin gücləndirilməsi ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulur. Bu gündən etibarən müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə verilib. Bundan başqa bir sıra mövcud marşrut xətlərindəki nəqliyyat vasitələrinin sayı sabahdan artırılacaq.

Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək.

Yeni ekspres xətləri bunlardır:

M1 - Metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında

M2 - Metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında

M3 - Metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları arasında

M4 - Metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları arasında

M5 - Metronun "20 Yanvar" və "Gənclik" stansiyaları arasında

M6 - Metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında.

Qeyd edək ki, avtobuslar ödənişli əsaslarla fəaliyyət göstərir.

Əlavə olaraq 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165,199, 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq və intervalı azaldılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Avqust 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri