Metyu Brayza: Azərbaycan Ermənistan sülh sazişi imzalandıqdan sonra regiona investisiyalar artacaq
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan-Ermənistan sülh sazişi imzalandıqdan sonra regiona investisiyalar artacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza (2010-2012) Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycan öz qarşılıqlı əlaqələrini inkişaf etdirərək öz müstəqilliyini və təhlükəsizliyini daha da gücləndirir:
"Azərbaycan 27 il ərzində çox dəyişib. Mən o dövrlər hava limanından keçəndə ancaq yol, yanacaqdoldurma məntəqəsi görmüşdüm. Bu dəfə gələndə isə hər şey tamamilə dəyişib. Azərbaycanda 1994-cü ildən qəbul edilən qərarlara diqqət yetirin. Azərbaycan xarici investorları ölkəyə cəlb etdi".
M.Brayza əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra regiona investisiyalar artacaq:
"Zəngəzur dəhlizi də bölgə üçün əhəmiyyət daşıyır. Çünki böyük potensialı var".
Baxış sayı:76
Bu xəbər 22 Sentyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















