Icma.az
close
up
RU
Meydançada verilən qərarlara baxın, mən danışsam, cəzalandırılacam Vaqif Cavadov

Meydançada verilən qərarlara baxın, mən danışsam, cəzalandırılacam Vaqif Cavadov

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

"Sumqayıt" Misli premyer-liqasının səfərdə keçirilən 24-cü tur matçında "Neftçi"yə uduzdu - 0:1.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- "Neftçi"ni qələbə mübasibətilə təbrik edirəm, onlara uğurlar arzulayıram. Hadisələrin axarını gördüz. İnanıram ki, həm oyunla, həm də hakimliklə bağlı ədalətli təhlillər yazacaqsız.
- Hər şeyi media nümayəndələrinin öhdəsinə buraxdız...
- Sizin ədalətli yazılarınızı oxumuşuq. İnanıram ki, yenə belə məqalələr yazacaqsız. Komandam üçün ancaq irəli getməsini arzulayıram. Futbolçularımdan razıyam. Son 10 dəqiqəyə nəzər yetirin. Meydançada verilən qərarlara baxın. Mən danışsam, cəzalandırılacam. Başqa məsələlər haqda danışmaq istəmirəm. Artıq nəsə dəyişməyəcək.
- Aydındı ki, hakimlikdən narazısız. Bəs, həmin anlara qədər olan oyunu nexə dəyərləndiriesiz?
- Təbii ki, səhvlərimiz də oldu. Amma həmin anlara qədər üstün oynadıq. Qol epizodları yaratsaq da, yararlana bilmədik.
- Hava şəraiti planlarınızı pozdumu?
- Əvvəlcədən belə olacağından xəbərdar idik. Planımıza hansısa təsiri olmadı.
- Komanda son matçlarda birinci hissədə yaxşı oynasa da, ikinci yarıda eniş yaşanır.
- Bu fikrinizlə razıyam. Amma yeni və zədədən qayıdan futbolçuları indidən yükləmək istəmirik. Yoxsa sonra problemlər yaranacaq.
- Ötən oyun cadu, bu dəfə hakimlik... Komandanın günahı yoxdu?
- Mən cadudan bəhs etməmişəm. Bu gün VAR-da olan hakimlərin qərarlarına baxın. Qərarlar ədalətli olsa, nəticələrimiz yaxşı olar. Amma futbolda danışmaq yox, çalışmaq lazımdı. Növbəti oyuna hazırlaşmalıyıq.
- Qarşıda "Sabah"la kubok matçı var. Bu rəqibi mübarizədən kənarlaşdıra biləcəyinizə inanırsızmı?
- İlk oyun göstərdi ki, bu rəqibə qarşı oynaya bilərik. İlk matçdakı nəticə bizim şanslarımızın olduğunu göstərib. İnanıram ki, həmin oyunda qol vuracağıq.
- Yavaş-yavaş sonuncu pillələrə yuvarlanırsız. Bu, sizi narahat etmir?
- Siz belə sualla intiriqa yaradırsız. Gəlin, düz danışın. 22 xalımız var. "Səbail" 17 xalla sonuncu pillədədi. Deməli, hazırda təhlükəli zonada olsaq da, indi nəsə baş vermir. Bizi "Şamaxı" da uda bilər, başqası da. Məni komandamın daha yaxşı çıxış etməsini istəyirəm.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Fevral 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri