Icma.az
close
up
RU
Məzahir Əfəndiyev “Konstitusiya və Suverenlik dini mənəvi dəyərlərin rolu” mövzusunda görüş keçirdi Yeni Gündəm

Məzahir Əfəndiyev “Konstitusiya və Suverenlik dini mənəvi dəyərlərin rolu” mövzusunda görüş keçirdi Yeni Gündəm

Yenigundem portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Azərbaycanda İslam dinin zəngin mənəvi irsinin qorunub saxlanılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Konstitusiyada dövlətin dünyəviliyinin açıq şəkildə ifadə edilməsi ölkəmizin ən dünyəvi müsəlman cəmiyyətlərindən biri olduğunu deməyə əsaslı zəmin yaradır.

Azərbaycanda öz inanc və dinindən asılı olmayaraq hər bir kəsə müqəddəs bayramını qeyd etməyə və ənənələrini yaşatmağa imkan verilir. Hal-hazırda ölkəmizdə Müsəlmanlar tərəfindən qeyd olunan Ramazan ayı İslam təqvimində ən şəfaqətli və müqəddəs ay hesab edilir və İslamın əsas şərtlərindən biri sayılır. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayda Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərim nazil olmuşdur.

Ramazan mədəni maarifləndirmə, həmrəylik, bölüşmək, səbr, mədəniyyətlərarası dialoqun təşviqi ayı sayılır. Bu ay insanları gözüaçıq, təmiz, vicdanlı olmağa yönəldir. Müsəlmanlar bu müqəddəs ayın son gününü isə Ramazan bayramı kimi qeyd edirlər.

Sevindirici haldır ki, mübarək Ramazan ayı bu il müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünə təsadüf edir. Müdrik Azərbaycan xalqı müqəddəs Ramazan bayramını bu il hər birimiz üçün qürurverici olan “Konstitusiya və Suverenlik İli”ndə böyük coşqu ilə qeyd edir.

Bu məcrada, 17 mart 2025-ci il tarixində 92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay rayonunda seçki dairəsi ərazisi üzrə din xadimləri və dini icma nümayəndələri ilə iftar süfrəsi ətrafında bir araya gələrək “Konstitusiya və Suverenlik – dini-mənəvi dəyərlərin rolu” mövzusunda görüş keçirib.

Görüşdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Komitənin Yevlax bölgəsi üzrə şöbə müdiri Natiq Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov, İdarənin Göyçay və Ağdaş rayonları üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov və Cavid Səfərov, eləcə də dini icma rəhbərləri iştirak ediblər.

Çıxış edən M.Əfəndiyev Azərbaycanın hər zaman İslam dünyasının tarixi və mədəni mərkəzlərindən biri olduğunu vurğulayaraq, əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmizin digər din və mədəniyyətlərə də qucaq açdığını, əksər ölkələrdən fərqli bir mühit formalaşdırdığını qeyd etdi. Multikultural dəyərlərin qorunması istiqamətində əldə etdiyimiz nailiyyətlərin, eyni zamanda xalqımızın vəhdət təşkil edərək ərazi bütövlüyü və suverenliyimizin bərpa olunmasında, qazandığımız möhtəşəm Zəfərdə rolu xüsusi vurğulandı.

Son illərdə bu istiqamətdə aparılan işlər, qəbul olunan “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məqamlar da iştirakçların diqqətinə çatdırıldı.

Millət vəkili Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən dini-mənəvi dəyərlərimizə göstərilən qayğıdan söhbət açaraq, bu gün doğma Qarabağımızda aparılan quruculuq işləri çərçivəsində dini abidələrin bərpasının xüsusi diqqətdə saxlanıldığnı qeyd etdi.

Görüş müqəddəs kitabımız Qurani-Kərimdən ayələr səsləndirilməsi ilə davam etdi. Sonda iştirakçılar təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildirdilər.

Bir daha 92 saylı Göyçay-Ağdaş seçki dairəsi seçicilərini insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran, onları əmin-amanlıq, qardaşlıq, bərabərlik yoluna dəvət edən müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı bildiririk.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 18 Mart 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri