Icma.az
close
up
RU
Məzahir Pənahov: Qadınlara müraciət edirik ki, bələdiyyə seçkilərində namizəd kimi iştirak etsinlər

Məzahir Pənahov: Qadınlara müraciət edirik ki, bələdiyyə seçkilərində namizəd kimi iştirak etsinlər

Mərkəzi Seçki Komissiyasının (MSK) mövqeyi budur ki, namizədliyi qanunla qadağan edilməyən hər kəs bələdiyyə seçkilərində iştirak edə bilər.

"Report" xəbər verir ki, bunu MSK-nın sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.

O qeyd edib ki, iddiaçılar və namizədlərin sayının çox olmasından narahatlıq yaratmır.

"Xüsusilə, qadınlara müraciət edirik ki, bələdiyyə seçkilərində namizəd kimi iştirak etsinlər. Namizədliyə iddialı şəxslər imzaları dairənin hüdudları daxilində toplamalıdırlar. Bu yerinə yetirilibsə, toplanan imzalarla əlaqədar dairə seçki komissiyasının (DSK) digər münasibət bildirmək hüququ yoxdur", - MSK sədri əlavə edib.

Bizim WhatsApp kanalımıza abunə olun

seeBaxış sayı:94
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri