Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Ermənistanın Azərbaycanla sərhəddə fəaliyyət göstərən “Yerkrapa” birliyinin rəhbəri, Baş nazir Nikol Paşinyana yaxınlığı ilə tanınan Sasun Mikaelyan mövqelərə baxış keçirib.
Sherg.az Globalinfo.az-a istinadla xəbər verir ki, Mikaelyan sərhəddə qruplaşma üzvləri ilə görüşüb.
Mövqelərdə “xidmətin” həyata keçirildiyi, mənəvi-psixoloji vəziyyətin yaxşı olduğu bildirilib. Qruplaşmanın komandirləri “düşmən”lə döyüşə hazır olduqlarını bildiriliblər.
Qeyd edək ki, “Yerkrapa”nın 10 mindən çox üzvünün olduğu və aktiv şəkildə hərbi təlimlərə cəlb edildikləri deyilir. Onların əksəriyyəti Birinci Qarabağ müharibəsində iştirak edənlərdir.
Son zamanlarda Ermənistanın Yunanıstan, Fransa və Hindistandan hücum silahları, texnikalar alması fonunda Mikaelyanın yaydığı görüntülər İrəvanın revaşist niyyətindən əl çəkmədiyi, yeni müharibəyə hazırlaşdığına dair iddiaları gücləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 29 Noyabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















