Icma.az
close
up
RU
Mikelancelonun Davud undan Cüzeppenin Badımcan ına Bakıdakı meyvəli sərgidən təəssüratlar

Mikelancelonun Davud undan Cüzeppenin Badımcan ına Bakıdakı meyvəli sərgidən təəssüratlar

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Mirmehdi Ağaoğlunun “Təbiətin nemətləri” sərgisindən təəssüratlarını təqdim edir.

Dünən Heydər Əliyev Mərkəzində italyan heykəltəraş Cüzeppe Kartanın “Təbiətin nemətləri” adlı sərgisinin açılışı oldu. Mərkəzin həyətindən bizi qarşılayan azman meyvə-tərəvəz heykəlləri sərgisi muzeyin içində də davam edirdi. Deyərdin nəhəng bir devin meyvə səbətinin içinə düşmüsən, ya da həmən devin balalarının oynatdığı meyvə oyuncaqlarının arasındasan. Çünki mənim oğlumda da belə meyvə maketləri var, bu ölçüdə olmasalar da. Biz arada bu meyvə-tərəvəz maketlərini ona göstərib soruşuruq, bu nədir? O da deyir: hıyar, pamadur, baacan, alma.

Şəkillərdən də görürsüz ki, sərgidə əsasən polad, polixrom qətran və polixrom bürüncdən tökülmə meyvə-tərəvəz heykəlləri təqdim edilib. Sərginin kuratorları Cüzeppe Karta haqqında deyirlər: “Onun əsərləri təbiətin bizə bəxş etdiyi ən dəyərli nemətləri əks etdirərək tamaşaçılarda xoş təəssürat yaradır. Bu nümunələr meyvə və tərəvəzlərin əyani təzahürü kimi görünür və insanlara Yer kürəsində mövcud olan nemətlərin nə qədər böyük dəyər kəsb etdiyini ifadə edir. Məhz bu xüsusiyyət Cüzeppe Karta yaradıcılığının incəsənət nöqteyi-nəzərindən nə qədər ümumbəşəri mahiyyət daşıyan mesajlarla zəngin olduğunu göstərir”.

Nə əcəbsə, kuratorlar “Təbiətin nemətləri” ilə Füzulinin “Meyvələrin söhbəti”, elə Cüzeppenin yerlisi Canni Rodarinin “Çipollininin sərgüzəştləri” nağılı ilə əlaqə yaratmağa ehtiyac duymamışdılar. Mən isə sərgi haqqında təqdimatda “Bu nümunələr meyvə və tərəvəzlərin əyani təzahürü kimi görünür və insanlara Yer kürəsində mövcud olan nemətlərin nə qədər böyük dəyər kəsb etdiyini ifadə edir” kimi banal fikir tirajlamaqdansa ədəbiyyatla sənətin bu qohumluq əlaqələrinə fokuslanardım, o heykəl meyvələrə qulaq verərdim, bəlkə, yenə nəsə danışırlar? Özü də bir halda ki sərgidə Çipollininin iki bacısı – “Soğan” heykəllər – da nümayiş olunurdu.

Müasir sənətin çox amansız lənəti var. Ağzıyla quş da tutsa yenə bəyənmirik. Sərgiyə gedirsən, işlərə baxa-baxa elə bil şeytan da bir tərəfdən qulağına pıçıldayır ki, bu sənət deyil, nə var burda, bunu sən də düzəldərsən, Mikelancelonun “Davud”u hara Cüzeppenin “Badımcan”ı hara. Hə, müasir sənət sərgilərindən maksimum həzz almaq üçün gərək başından belə axmaq fikirləri qovasan. Yoxsa deyəcəksən: “Harası sənətdir axı bu “Limon”un?”

Deyim ki, Çili bibərləri instalyasiyasını bəyəndim, elə bil bibərlərdən ibarət aləmlə qarşı-qarşıyaydın. Bir də sərgidəki işlərdən görkəmi və konsepsiyası ilə tamamilə fərqlənən “Qadın və təbiət” heykəli xoşuma gəldi, cüzi də olsa heyrətlənə bildim. Qalanları isə kuratorların qeydlərində yazıldığı kimi xoş təəssürat üçün idi.

Görünür, müasir sənət yalnız bunun üçündür: Xoş təəssürat yaratmaq üçün.

Daha sənətdən heyrət gözləmə ki, surətin gördükdə lal olasan!

Yevgeni Qrinkonun Avropa turniri başlayır "Atam məni bağrına basmışdı, Xocalıda isə..." - Eminquey Akif Bakıda kütləvi hipnoz terapiyaları keçirilirmiş - APA TV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Mart 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri