Icma.az
close
up
RU
Millət vəkili: Vətən müharibəsində Qələbə ilə Konstitusiyamızın mühüm qanunlarından birini təmin etdik

Millət vəkili: Vətən müharibəsində Qələbə ilə Konstitusiyamızın mühüm qanunlarından birini təmin etdik

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Artıq Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir".

"Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümündə Azərbaycan tarixinin ən şanlı günlərini yaşayır"

"Artıq beşinci ildir ki, Konstitusiya Gününü sevinclə, qürurlar və iftixar hissi ilə qeyd edirik". 

Bunu "Sherg.az"a millət vəkili Ceyhun Məmmədov deyib. 

Deputat bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür: 

"Müstəqil Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul edilib. Bu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi".

Parlament üzvü vurğulayıb ki, ötən illər ərzində ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasında bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib: 

"Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdi. Sevindirici haldır ki, möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən əzəli Azərbaycan torpaqları 44 Günlük Vətən müharibəsində erməni işğalçılarından azad edilərək ölkəmizin ərazi bütövlüyü təmin olundu. Ata-baba yurdundan didərgin salınmış bir milyondan çox soydaşımızın konstitusion hüququ bərpa edildi. Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümündə Azərbaycan tarixinin ən şanlı günlərini yaşayır. Vətən Müharibəsində qələbə ilə konstitusiyamızın mühüm qanunlarından birini təmin etdik. Artıq Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Konstitusiya günü münasibəti ilə xalqımızı təbrik edir, müstəqil dövlətimizin daha da güclənməsi və tərəqqisi yolunda uğurlar arzulayıram".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Noyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see225

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see174

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see144

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see141

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see140

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see135

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see132

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see131

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see130

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see129

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see128

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see128

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see125

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see124

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see122

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see121

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see121

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri