Icma.az
close
up
RU
Menu

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Misirdə üç Qətər diplomatı yol qəzasında həlak olub

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

Milli ideologiyamızın vacib elementləri Cənubi Qafqazda sülh, sabitlik və inkişaf

Milli ideologiyamızın vacib elementləri Cənubi Qafqazda sülh, sabitlik və inkişaf

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ayrı-ayrı milli ideyaları, hədəfləri özündə birləşdirən Azərbaycanın milli ideologiyasının əsas komponentlərindən biri də ölkəmizdə və regionda sülhün, sabitliyin və davamlı inkişafın bərqərar olmasıdır. Sirr deyil ki, Cənubi Qafqazda münaqişə ocaqlarının qalması milli ideologiyamıza ən böyük təhdiddir. Xaotik vəziyyət ayrı-ayrı ölkələrin, siyasi qüvvələrin bölgəyə müdaxiləsi üçün münbit şərait yaradır. Bulanıq suda balıq tutmaq sevdasında olan həmin qüvvələr burada gərginliklərin, ixtilafların mövcudluğunda maraqlıdırlar. Bölgəmizə uzanan çirkin əlləri kəsmək, məkrli niyyətləri boğmaq üçün sülh ən təsirli və güclü silahdır.
Maraqlıdır ki, Azərbaycan xalqı və dövlətinin strateji məsələlərə ideoloji baxışları arasında ciddi fərq yoxdur. Məsələn, 30 il işğal altında saxlanılmış Qarabağın azad olunması uğurunda vahid yumruq kimi birləşən xalqımız tarixi Azərbaycan torpaqları olmasına baxmayaraq Ermənistan, Gürcüstan, Rusiya və İrandakı müəyyən ərazilərə heç vaxt iddia etməyib, o torpaqların davasını aparmayıb. Hətta 44 günlük Vətən müharibəsində Ermənistanı ağır məğlubiyyətə uğradan Ordumuzun şərti Ermənistan ərazisinə keçmək imkanları olduğu halda, nə dövlətimiz, nə də xalqımızın buna razılıq vermədi.
Sülh əsas hədəf kimi
Milli ideologiyada dövlət və ya xalqın öz fəaliyyət sərhədlərini, hədəlfərini düzgün müəyyənləşdirməsi olduqca vacibdir. Sənin hədəflərin başqasının maraqlarını, qürurunu ayaqlar altına almamalı, sərhədlərini keçməməlidir. Qloballaşan dünyada milli dövlət və onun sütunu sayılan milli kimlik (identiklik) çoxsaylı təsirlərə məruz qalsa da, faəliyyət çərçivəsinin aşılmamasına ciddi diqqət yetirilməlidir.
Azərbaycan xalqının milli ideologiyası hər şeydən əvvəl insanda və cəmiyyətdə humanizmə, vicdana və məsuliyyətə xidmət edir. Bu gün sülh, sabitlik və inkişaf milli ideologiyamızda mühüm yer tutur. Təsadüfi deyil ki, Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi hərbi zəfəri diplomatik müstəvidə də davam etdirərək Ermənistanı sülhə məcbur etdi. Müharibənin qalibizi olan ölkəmiz hazırda sülhün də əsas təşəbbüskarıdır. Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamə də məhz Cənubi Qafqazda 30 ilə yaxın davam edən münaqişəni tarixin arxivinə gömən və təkrarlanmamasına zəmanət verən mühüm diplomatik sənəd kimi ciddi əhəmiyyətə malikdir. Bu sənəd Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsinin beynəlxalq müstəvidə siyasi təsdiqi idi. Birgə Bəyannamə Azərbaycanı özünün strateji hədəflərinə daha da yaxınlaşdırdı.
Prezident İlham Əliyevlə Prezident Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq bu səfər çərçivəsində ABŞ lideri tərəfindən “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalandı. Torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana “blokada” tətbiq etməsini bəhanə kimi gətirərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsinə qadağa qoyan qanun qəbul etmişdi. Bayden-Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi nankorcasına 907 saylı düzəlişi yenidən gündəmə gətirdi və bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışdı. Prezident İlham Əliyevin Vaşinqton səfəri, imzalanan birgə sənədlər Azərbaycanofobiya xəstəliyinə tutulmuş Fransa Prezidenti Makronun, keçmiş qondarma qurumu “tanıyan” fransız deputatların, Avropa Parlamentinin, Qərb mediasının, “Amnesty International”, “Human Rights Watch”, erməni lobbisinin, ANCA-nın iflasıdır.
Birgə Bəyannamədə Azərbaycan üçün ən vacib məqamlardan biri ölkəmizin əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bənddir. Hələ 2021-ci ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində bildirmişdi ki, biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Azərbaycan Prezidenti ötən gün daha bir vədini yerinə yetirmiş oldu. Özü də bu vəd dünyanın bir nömrəli paytaxtında, bir nömrəli oval kabinetində təsdiqləndi.
Güclü ordu, peşəkar diplomatiya və sülh
Zəngəzur dəhlizinin həm də “Tramp yolu” adlandırılması bu layihənin beynəlxalq əhəmiyyətini, təhlükəsizliyi təmin edir. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP layihəsi) Azərbaycanın geoiqtisadi rolunu gücləndirəcək. Birgə Bəyannamədə BMT Nizamnaməsi və Alma-Ata Bəyannaməsinə istinad edilməsi sərhəd toxunulmazlığı prinsipini beynəlxalq hüquqla təsdiqləyir, “güc tətbiq etməmək” bəndi isə Ermənistanın gələcək revanşizm cəhdlərinə qarşı hüquqi baza yaradır, tərəflərin üzərinə öhdəlik qoyur. Bu layihənin önəmi həm də ondadır ki, ilk dəfə olaraq Azərbaycan və Ermənistan Rusiyanın hər hansı formada iştirakı olmadan ABŞ-ın zəmanəti ilə öz üzərlərinə sülh öhdəliyi götürdülər. Tərəflər bir-birinin ərazi toxunulmazlığına əsaslanaraq, qarşılıqlı olaraq güc işlətməkdən imtina etməklə regional əməkdaşlığın əsası kimi dövlətlərarası münasibətlərin bərpasını və kommunikasiyaların açılmasını nəzərdə tutan yeni regional sabitlik və əməkdaşlıq mexanizmi yaratmaq niyyətlərini ifadə etdilər.
Sülh sazişinin imzalanmasına maneə olan başlıca amil Ermənistan Konstitusiyasında Azərbaycana qarşı torpaq iddialarının olmasıdır. Azərbaycan rəsmi olaraq bəyan edib ki, bu işğalçılıq siyasətini ehtiva edən bəndlər konstitusiyadan çıxarılmayanadək sülh müqaviləsinin imzalanması real deyil. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman sülh sənədinin imzalanması üçün əsas şərtlərdən birincisi olaraq Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini irəli sürüb.
Azərbaycan Prezidentinin səfərində ikinci mühüm məqam Ermənistanla sülh prosesində əldə edilən tarixi nəticələr oldu. Azərbaycan və Ermənistanın Minsk Qrupunun ləğvi üçün birgə müraciət ünvanlaması olduqca önəmlidir. Tarixin qalığı olan Minsk Qrupu onsuz da de-fakto mövcud deyildi. İndi onun rəsmən ləğv edilməsi keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin tamamilə tarixin arxivinə gömülməsi deməkdir. Bu, Azərbaycan üçün tarixi uğurdur.
Sülh tarixi yaddaşsızlıq demək deyil
Vaşinqton səfərinin ən mühüm nəticələrindən biri də odur ki, Cənubi Qafqazda daha silah səsləri eşidilməyəcək. Prezident İlham Əliyevin həyata keçirdiyi sülh prosesi nəticəsində bu gün Şuşada, Xankəndidə güllə səslərini, musiqi sədaları, müzakirələr, dialoqlar əvəz edir. Ölkə başçısının liderliyi regionumuzu yeni müharibələrdən xilas etdi. Gənclərimiz indi Qarabağa savaşmağa deyil, dincəlməyə, yay düşərgələrində iştiraka, işləməyə, təhsil almağa gedirlər. Prezident İlham Əliyevin müharibədə qələbəni təmin edərək, Azərbayacnın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi sülh gündəliyini də reallaşdırdı. Ölkə başçısı sülh gündəliyini Vaşinqtonda - ən mötəbər tribunada dünyaya dəqdim etdi.Regionumuzu yeni müharibələrə sürükləyən bir çox şər qüvvələr bundan məyus olublar.
Prezident İlham Əliyevin sülh prosesində liderliyi regionumuzu yeni müharibələrdən xilas etdi. Regionumuzu yeni müharibələrə sürükləyən bir çox şər qüvvələr dərin məyusluq içərisindədirlər. Prezident İlham Əliyev müharibədə qələbəni təmin edərək, Azərbayacnln ərazi bütövlüyünü nə suverenliyini tam bərpa edərək uğurla sülh gündəliyini də reallaşdırdı. Bu, regionumuzu, ölkəmizi yeni bəlalardan xilas etmək deməkdir.
Azərbaycan dövlətinin və xalqının sülh tərəfdarı olması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi cinayətlərə göz yumması, unutması demək deyil. Gələcəkdə sülh müqaviləsinin imzalanması Ermənistanla dərhal dost və qardaş dövlət, xalq olacağımız anlamına da gəlməməlidir. Sülh düşmənçiliyin davam etdirilməməsi, qonşuluq münasibətlərində etik kodekslərə əməl olunması, müəyyən siyasi və iqtisadi məsələlərdə əməkdaşlığın mümkünlüyü deməkdir. Ermənistan buna əməl edəcəkmi? Zaman göstərəcək…
Yazı Jurnalist Təşəbbüslərinin Təşviqi İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli ideologiyaya yönəlik təxribatlar əleyhinə fəaliyyətin təşviqi” adlı layihə çərçivəsində hazırlanmışdır. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Avqust 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see315

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see196

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see184

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see184

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see167

Misirdə üç Qətər diplomatı yol qəzasında həlak olub

12 Oktyabr 2025 03:23see158

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see151

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see148

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see137

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see129

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see126

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see126

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see126

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see124

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

12 Oktyabr 2025 08:12see123

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see121

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see121

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see120

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

12 Oktyabr 2025 11:21see118

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri