Icma.az
close
up
RU
Milli kimlik və ana dili: Prezidentin ideoloji xətti

Milli kimlik və ana dili: Prezidentin ideoloji xətti

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyevin yanvarın 5-də media nümayəndələrinə verdiyi müsahibə təkcə cari siyasi proseslərin deyil, eyni zamanda milli kimlik və ideoloji təhlükəsizlik məsələlərinin də geniş təhlili ilə yadda qaldı. Dövlət başçısının Qarabağ, Şərqi Zəngəzur və Azərbaycan tarixinin təhrifinə qarşı çağırışları fonunda səsləndirdiyi fikirlərdən biri isə xüsusilə diqqət çəkdi: Azərbaycan ədəbi dilinin saflığının qorunması.

Bu mövzu Prezidentin çıxışlarında yeni deyil. O, hələ 10 il əvvəl AMEA-nın yubileyində Azərbaycan dili ilə bağlı narahatlığını açıq şəkildə ifadə etmişdi. Aradan keçən onillik ərzində müəyyən institusional və praktiki addımlar atılsa da, dövlət başçısının son müsahibəsində vurğuladığı kimi, mövcud vəziyyət onu hələ də tam qane etmir. Bu isə dil məsələsinin Prezident üçün sadəcə mədəni yox, strateji dövlətçilik problemi olduğunu göstərir.

Prezident İlham Əliyevin yanaşmasında dil ilk növbədə milləti birləşdirən əsas sütun, dövlətçiliyin isə ayrılmaz atributudur. Onun sözlərində açıq mesaj var: əgər bir xalq öz ana dilini qorumağı bacarmırsa, zamanla milli kimliyini də itirə bilər. Bu yanaşma xüsusilə qloballaşma, informasiya axınının sürətlənməsi və internet mədəniyyətinin dilə təsiri fonunda daha aktual səslənir.

Dövlət başçısı diqqəti əsasən iki təhlükəyə yönəldir. Birincisi, xarici kəlmələrin ehtiyac olmadan Azərbaycan dilinə yeridilməsi, ikincisi isə dilin tədricən ədəbi normadan çıxmasıdır. Prezidentin fikrincə, beynəlxalq terminlərin işlədilməsi qaçılmazdır, lakin Azərbaycan dilində qarşılığı olan sözləri bilərəkdən xarici kəlmələrlə əvəzləmək ya bilməyərəkdən, ya da məqsədli şəkildə edilir. Hər iki hal qəbuledilməzdir.

Müsahibədə xüsusilə vurğulanan məqamlardan biri də Azərbaycan dilinin qoruyucusunun məhz müstəqil Azərbaycan dövləti olmasıdır. Dünyada 50 milyondan artıq insan üçün ana dili olan Azərbaycan dili müxtəlif coğrafiyalarda fərqli təsirlərə məruz qalır. Prezidentin qeyd etdiyi kimi, bəzi ölkələrdə yaşayan azərbaycanlılar arasında ədəbi dil zəifləyir, gündəlik danışıqda yad leksika üstünlük təşkil edir. Bu isə uzunmüddətli perspektivdə milli-mədəni bağların zəifləməsi riskini yaradır.

Bu kontekstdə dövlət başçısı yalnız tənqid etmir, həm də yol göstərir. Xaricdə yaşayan azərbaycanlıların ana dilini mükəmməl öyrənməsi üçün onlayn məktəblərin, distant tədris imkanlarının genişləndirilməsi, dilin sistemli şəkildə öyrədilməsi Prezidentin diqqət mərkəzində olan məsələlərdəndir. Bu, dil siyasətinə yalnız mədəni deyil, həm də texnoloji yanaşmanın tətbiq edildiyini göstərir.

Prezident İlham Əliyevin yanaşmasının fərqləndirici cəhəti odur ki, o, dilin qorunmasını yalnız dövlət qurumlarının işi hesab etmir. Onun çağırışı cəmiyyətin bütün təbəqələrinə ünvanlanır: alimlərə, dilçilərə, yazıçılara, jurnalistlərə, siyasətçilərə və ictimai fəallara. Xüsusilə media və ictimai çıxış sahiblərinin məsuliyyəti ön plana çəkilir. Çünki dilin gündəlik istifadədə necə təqdim olunması cəmiyyətin dil davranışını birbaşa formalaşdırır.

Əslində Prezidentin bu mövqeyi daha geniş ideoloji çərçivəyə oturur. Qarabağ və Şərqi Zəngəzurla bağlı tarixi həqiqətlərin müdafiəsi, toponimlərin qorunması, milli yaddaşın bərpası ilə dil məsələsi bir-birini tamamlayan elementlərdir. Tarix təhrif ediləndə olduğu kimi, dil zəiflədikdə də milli mövqelər sarsılır. Bu baxımdan dilin saflığı uğrunda mübarizə eyni zamanda milli informasiya təhlükəsizliyinin bir hissəsidir.

Prezident İlham Əliyevin mesajı aydındır: Azərbaycan dili zəngindir, qədimdir və özünü ifadə etmək üçün yad elementlərə möhtac deyil. Onu qorumaq isə təkcə qanun və sərəncamlarla yox, ictimai şüur, məsuliyyət və şəxsi davranışla mümkündür. Dilə biganə münasibət milli kimliyə biganəlik deməkdir.

Bu müsahibə bir daha göstərdi ki, dövlət başçısı üçün dil məsələsi epizodik yox, davamlı nəzarətdə saxlanılan strateji mövzudur. Prezidentin sözləri həm xəbərdarlıq, həm də çağırışdır: dilimizi qorumasaq, özümüzü qoruya bilmərik.

Modern Təhlil və Araşdırma Qrupu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Yanvar 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri