Icma.az
close
up
RU
Milli komandanın Ayxan Abbasov dövrü: Mübarizə, komanda ruhu və gənclərə inam

Milli komandanın Ayxan Abbasov dövrü: Mübarizə, komanda ruhu və gənclərə inam

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ayxan Abbasovun məşqçi kimi futbol üzrə Azərbaycan milli komandasındakı fəaliyyəti hələ yeni olsa da, burada keçirdiyi iki oyundan sonra onun performansı haqqında bəzi tərəfləri ayırd edə bilərik.

A.Abbasovun yerli məşqçi olması və futbolçuları tanıması onların xüsusiyyətlərini, ruh halını və potensialını daha yaxşı bilməsi deməkdir. Bu, həm də daha asan ünsiyyət və güclü əlaqələr qurmaq üçün üstünlükdür.

A.Abbasov özü də açıqlamalarında tez-tez vurğulayır ki, matçlarda ümumi psixoloji vəziyyət üzərində iş görməyə çalışır və komanda ruhuna önəm verir. Komanda ruhunun yaradılması, oyunçuların müqavimət göstərməsi və mübarizə aparmaq ideyası vacibdir.

Nəzərə almaq lazımdır ki, həm Ukrayna, həm də Fransa millisi ilə oyundakı nəticələr məhdud vaxt və az hazırlıq dövründən sonra qazanılıb. Təbii ki, zaman azlığı rəqibə qarşı planlı strategiya qurmağı da çətinləşdirir. Lakin Fernandu Santuşun oyun sistemindən fərqli olaraq, milli komandada psixoloji hazırlıq və mübarizə ruhunun yüksəldiyini görürük.

Həmçinin A.Abbasovun daha əvvəl Azərbaycanın 21 yaşlılardan ibarət millisini çalışdırması gənc istedadların inkişafı və əsas milli komandaya yüksəlməsi üçün baza qurmaq imkanı yaradıb.

Millinin heyətə dəvət olunan oyunçular arasında gənc və fərqli klublarda oynayan futbolçulara da şans verildiyini görürük. Bu da rəqabəti artırır və yeni istedadları sınamağa imkan verir.

Məsələn, Fransa ilə oyunda xüsusi performansı ilə fərqlənən Abdulla Xaybulayev Santuş dönəmində millinin heyətinə dəvət olunmayıb.

Ümid edək ki, zamanla Ayxan Abbasovun komandaya aşılamaq istədiyi oyun sisteminin inkişafı özü ilə birgə qələbələr də gətirəcək.

Murad Nəsimi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Oktyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see210

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see192

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri