Icma.az
close
up
RU
Milli komandanın illərdir boş qalan tribunaları yalnız AFFAnın işinə yaradı BƏYANAT

Milli komandanın illərdir boş qalan tribunaları yalnız AFFAnın işinə yaradı BƏYANAT

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Azərbaycan millisinin azarkeş qrupu “Göyqurdlar” bəyanat yayıb.

Sportal.az xəbər verir ki, fanatlar yığmanın uğursuz nəticələrinə narazılığını bildirib və bir sıra tələblər irəli sürüb:

“Əziz Azərbaycan azarkeşləri,

Milli komandamızın son rəsmi oyunlardakı qələbəsindən artıq 1 il ötüb (16.11.2023 Azərbaycan 3:0 İsveç). 2 gün əvvəl (19.11.2024) İsveçə qarşı əldə olunan 0:6-lıq rüsvayedici məğlubiyyət sonrası vacib qərarlar almağa məcbur olduq. 0:6-lıq oyuna baxdıqdan sonra oyunçuların meydançada döyüşmədiyini gördük. Bu da o deməkdir ki, onlar artıq arxayanlaşıblar və meydançada tam potensiallarını ortaya qoymurlar. Bu arxayınlıq hər kəsin özünə gəlməsi üçün müəyyən tədbirlərin görülməsini labüd qılır. Yaxşı və pis gündə də daim dəstək olmağımıza rəğmən milli futbolçularımız ve AFFA bəzən etiraz və tələblərimizi qulaq ardına vurdular. Milli komandanın illərdir boş qalan tribunaları yalnız onların işinə yaradı. Heç bir etiraz və təzyiqə məruz qalmadan istədiklərini edib at oynatdılar. Hamısı matç sonrası duşlarını qəbul edərək evlərinə rahat şəkildə getdilər və qeyri-peşəkar komandalara qarşı qazanılmalı olan qələbələr sonrası belə dolğun mükafatlarını aldılar. Ancaq artıq buradayıq, 11-ci sektordakı yerimizi tərk etməyəcəyik. Gedən bizlər yox, o bayrağa layiq olmayanlar olacaq. Siz qələbələri sıralayana kimi heç kimə rahat yoxdur. Qəzəbimizi də, sevincimizi də sizinlə bölüşəcəyik. Hər məğlubiyyət sonrası meydançadan qaçıb getmək yoxdur, hər kəs ölkənin adını rəzil duruma düşürdüyü hər əmələ görə hesabat verməlidir. Biz bu bayrağı sevirik və bayrağımız eşqinə daim öz tribunamızda olacağıq. Yaxşı gündə də, pis gündə də !

Tələblər:
•⁠ ⁠Dövlət himninin bütün futbolçular tərəfindən ürəkdən oxunması
•⁠ ⁠Milli komandada qələbə mükafatının UEFA Millətlər Liqasında “D” liqasının (və ya rəqibin) səviyyəsinə uyğun azaldılması
•⁠ ⁠Uyğunsuz(Bacarıqsız) milliləşdirilmiş futbolçuların mərhələləli şəkildə göndərilməsi
•⁠ ⁠Ürəyində bayraq və vətən sevgisi olmayan futbolçuların qonorar qarşılığında milli komandaya çağrılmaması. Həmin futbolçulardan nə nəticə tələb etmək, nə də onları oyuna görə qınamaq mümkündür.
•⁠ ⁠Hər məğlubiyyət sonrası meydançanı belə də olmalı imiş kimi tərk etmək adətinə son qoyulmalı, hər kəs oynadığı formanın və millinin haqqını dərk etməlidir. Uğurlu nəticələrə görə mükafat verildiyi kimi, uğursuz nəticəyə görə də oyunçular və məsul şəxslər hesabat verməlidirlər.

İdarə heyəti”

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sportal.az
archiveBu xəbər 21 Noyabr 2024 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see153

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see135

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri