Icma.az
close
up
RU
“Milli Məclis adında dəyişiklik zəruri deyil” Fəzail İbrahimli

“Milli Məclis adında dəyişiklik zəruri deyil” Fəzail İbrahimli

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Parlamentin bugünkü plenar iclasında vitse-spiker Rafael Hüseynov çıxışı zamanı təklif edib ki, bizdə də Türkiyədə olduğu kimi, Milli Məclis yox, Millət Məclisi olmalıdır.

Vitse-spikerin bu təklifi ilə bağlı Redaktor.az-a danışan tarixçi alim, deputat Fəzail İbrahimli bildirdi ki, bu yanaşma doğru deyil:

"Dilə süni şəkildə fərqli don geyindirib “milli” sözünün işlədilməsini yanlış kimi təqdim etmək əsaslı mövqe sayıla bilməz. Bu gün Azərbaycanda adında “milli” ifadəsi olan çoxsaylı dövlət qurumları fəaliyyət göstərir: Azərbaycan Milli Elmlər Akademiyası, Milli Konservatoriya, Milli Arxiv, Milli Kitabxana və digərləri. Bu adlandırma dövlətçilik ənənəsinin və milli kimliyin ifadəsidir. O halda sual yaranır: bu qurumların adındakı “milli” sözü də yanlışdırmı? Əlbəttə ki, yox. “Milli ruh”, “milli qürur”, “milli varlıq”, “Milli Azadlıq Mübarizəsi” kimi anlayışlar Azərbaycan ictimai-siyasi leksikonunun ayrılmaz hissəsidir. Milli Məclisin adında bu sözün işlədilməsi də həmin məntiqin davamıdır. Türkiyədə də Böyük Millət Məclisidir. Amma görünür, o bunun tarixini bilmir. Bilsəydi, təbii ki, bunu müqayisə etməzdi".

Türkiyə Böyük Millət Məclisi ilə aparılan müqayisəyə gəlincə, professor qeyd etdi ki, burada tarixi kontekst nəzərə alınmalıdır.

"Birinci Dünya Müharibəsindən sonra Osmanlı dövləti məğlub oldu və 1918-ci il Mudros müqaviləsi ilə ağır şərtlərlə üzləşdi. 1920-ci il martın 16-da ingilis və fransız qoşunları İstanbula daxil oldu, ölkə faktiki bölüşdürülürdü. Belə bir şəraitdə Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1920-ci il aprelin 23-də Ankarada Böyük Millət Məclisi çağırıldı. Bu məclis istiqlal mübarizəsinin siyasi mərkəzinə çevrildi. Aparılan mübarizə nəticəsində 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti elan olundu və həmin ali qanunverici orqan tarixə Böyük Millət Məclisi adı ilə düşdü. Bu tarixi reallığı nəzərə almadan Türkiyə Böyük Millət Məclisi ilə Azərbaycan Milli Məclisinin adını müqayisə etmək düzgün deyil. Azərbaycanda “milli” ifadəsinin dövlət qurumlarının adında işlədilməsi dövlətçilik konsepsiyasının tərkib hissəsidir və burada qeyri-adi heç nə yoxdur", - deyə Fəzail İbrahimli vurğuladı.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Fevral 2026 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri