Icma.az
close
up
RU
Milli Məclisdə dilimizlə bağlı konfrans keçirildi spikerdən önəmli çıxış

Milli Məclisdə dilimizlə bağlı konfrans keçirildi spikerdən önəmli çıxış

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər” adlı konfrans keçirilib.

Moderator.az bildirir ki, deputatların, hökumət üzvlərinin, alimlərin, ziyalıların, ədəbiyyatçıların və dilçilərin iştirakı ilə keçirilən tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.

Spiker deyib:

“Hörmətli tədbir iştirakçıları, Dəyərli alimlər və ziyalılar, əziz qonaqlar, Sizi səmimiyyətlə salamlayıram.

Milli Məclisə xoş gəlmisiniz.

Hörmətli konfrans iştirakçıları, bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr edilən tədbirdə çıxış edərək milli inkişafın mühüm istiqamətləri ilə yanaşı, Azərbaycan dilinin qorunması məsələlərinə xüsusi diqqət yetirmişdir.

Bu gün keçirilən konfransı Milli Məclis təşkil edir və parlament bu prosesə Azərbaycan Milli Elmlər Akademiyasını, xüsusilə Toponimiya komissiyasını fəal şəkildə cəlb edir. Çünki məhz AMEA-da səsləndirilmiş həmin fikirlər elmi ictimaiyyətin üzərinə yeni vəzifələr qoyur və dil siyasətinin inkişafında alimlərin bilik və təcrübəsi xüsusi əhəmiyyət daşıyır. Bu konfransın məqsədi - Azərbaycan dilinin qorunması və inkişaf strategiyalarını müzakirə etmək, bu istiqamətdə parlamentin, elmi ictimaiyyətin və ziyalıların vəzifələrini müəyyən etməkdir. Biz bu gün Azərbaycan dilindən - xalqımızın milli kimliyinin əsas sütunundan danışacağıq.

Dilimiz bizim tarixi yaddaşımız, dövlətçiliyimizin təməli, milli mənəviyyatımızın özəyidir.

Hörmətli konfrans iştirakçıları!

Qeyd etmək istərdim ki, dil siyasətinin hüquqi və institusional bazasını gücləndirən əsas orqan Azərbaycan Parlamenti - Milli Məclisdir. Dilimizin qorunması və inkişafı ilə bağlı qəbul edilən qanunlar, qərarlar və proqramlar məhz parlamentin fəal iştirakı ilə gerçəkləşir.

Hörmətli konfrans iştirakçıları!

Azərbaycan dilinin inkişafı məsələsi həmişə dövlət düşüncəmizin mərkəzində dayanmışdır.

Dilimizin qorunması sahəsində, həm də dövlət dili səviyyəsinə yüksəldilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin atdığı tarixi addımlar danılmazdır. Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər milli tariximizə həm də mədəni intibah dövrü kimi daxil oldu. Xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsaslar genişləndirildi. Məhz Ümummilli Liderimizin əzmkarlığı sayəsində 1978-ci ildə Azərbaycan Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi.

1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanıb qəbul edilən Konstitusiyamız Azərbaycan dilinin dövlət dili statusunu bir daha təsbit etdi və bu, dil siyasətimizin möhkəm hüquqi bazasını formalaşdırdı. Bununla yanaşı, “Dövlət dili haqqında” Qanun və digər normativ hüquqi aktlar dilimizin idarəetmə, təhsil, elm və informasiya məkanında praktiki tətbiqini təmin edən vacib mexanizmlər yaratdı”.

S.Qafarova bildirib ki, bu gün də Ulu Öndərin müəyyən etdiyi həmin xətt müasir dövrün tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən ardıcıl davam etdirilir:

“Azərbaycan dilinin qorunması, ədəbi dil normalarının inkişafı və onun müasir texologiyalara inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətləri sırasındadır.

Hörmətli konfrans iştirakçıları!

Dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyasının yubiley tədbirində qeyd etdi ki: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır”. Bu çağırış dil məsələsinin təkcə dövlət orqanlarının deyil, bütün cəmiyyətin üzərinə düşən milli məsuliyyət olduğunu göstərir. Bu prosesdə parlamentin öz missiyası var. Çünki qanunvericilik təşəbbüsləri, dilin təhsil proqramlarına inteqrasiyası, elmi terminologiyanın yenilənməsi kimi məsələlər Milli Məclisin daim diqqət mərkəzindədir və parlamentin dəstəyi strateji qərarların ardıcıl və uğurlu şəkildə həyata keçirilməsini təmin edir.

Hörmətli tədbir iştirakçıları!

Azərbaycan dili bu gün inkişaf edir, lakin qlobal proseslər qarşıya yeni tələblər qoyur. Dünya dəyişir, yeni texnologiyalar icad olunur və dilimizin həm qorunması, həm də modernləşdirilməsi üçün sistemli yanaşmaya ehtiyac yaranır. Parlamentin fəal iştirakı və qanunvericilik təşəbbüslərinin dəstəklənməsi bu hədəflərə çatmağı mümkün edir. Azərbaycan dilinin qarşısında müasir dünyanın dinamikasından irəli gələn yeni vəzifələr dayanır. Bu vəzifələri şərti olaraq bir neçə əsas çağırışlar kimi sadalamaq istərdim: bu dilin saflığının qorunmasıdır, rəqəmsallaşma və yeni texnologiyalara inteqrasiyasıdır, terminologiyaların elmi əsaslarla yenilənməsidir və s. Bütün bu çağırışların təhlili onu göstərir ki, Azərbaycan dilinin yeni inkişaf mərhələsinə qədəm qoyması sistemli, uzunmüddətli və elmi cəhətdən əsaslandırılmış bir yanaşma tələb edir. Odur ki, gələcək dil siyasətinin strateji istiqamətlərini müəyyən etmək ən vacib vəzifələrdən biridir. Dil siyasətinin yeni mərhələsindən danışarkən qarşıya qoyulan əsas hədəflər arasında düşünürəm ki, aşağıdakılar prioritet təşkil edir. Bunlar hansılardır?

- Təhsildə müasir metod və texnologiyalarla dil tədrisinin təkmilləşdirilməsi;

- Mediada və ictimai məkanda ədəbi dil normalarına əməl olunmasının gücləndirilməsi;

-Terminologiyanın geniş elmi bazada eyniləşdirilməsi və yenilənməsi;

- Azərbaycan dilinin dünya elmi və mədəni məkanında nüfuzunun artırılması;

- Azərbaycan dilinin rəqəmsal və texnoloji platformalarda tam funksional tətbiqi;

- Süni intellekt sistemlərinə dilimizin inteqrasiya səviyyəsinin yüksəldilməsi və s.

Əminliklə demək olar ki, hörmətli konfrans iştirakçıları, bu məqsədlərin hər birinin əldə edilməsi təkcə dilimiz üçün deyil, ümumən dövlətçiliyimiz üçün strateji əhəmiyyət daşıyır.

Bugünkü konfransın iştirakçılarından – hökumət üzvlərindən, hökumət nümayəndələrindən, alimlərdən, deputatlardan və geniş intellektual ictimaiyyətdən gözlənilən əsas nəticə – yeni elmi ideyalar formalaşdırmaq, qanunvericilik təşəbbüslərinə elmi əsas vermək və dilimizin qorunması ilə bağlı praktik həll yollarını müəyyənləşdirmək üçün fikir mübadiləsi aparmaqdır. Zənnimcə, konfrans, həmçinin iştirakçılara əməkdaşlıq və təcrübə mübadiləsi üçün geniş imkanlar da yaradır və onların gələcək fəaliyyətlərinə strateji istiqamət verir.

Hörmətli konfrans iştirakçıları!

Və mən öz çıxışımda bir daha vurğulamaq istərdim ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dilini dövlət müstəqilliyinin əsas atributu kimi müəyyənləşdirdi və dil siyasətini dövlət ideologiyasının ayrılmaz tərkib hissəsinə çevirdi. Bu gün isə Prezident İlham Əliyev bu strateji xətti daha geniş, innovativ və müasir bir mərhələyə aparır. Onun Azərbaycan Milli Elmlər Akademiyasında çıxışında səsləndirdiyi çağırışlar bir daha göstərir ki, Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil – bu dil bizim milli yaddaşımızın aynasıdır, mənəvi irsimizin daşıyıcısı, dövlətçilik təfəkkürümüzün formalaşdığı bir məkandır. Dilimizin yaşaması və inkişafı millətimizin yaşaması və inkişafı deməkdir. Bu dil əsrlərin hikmətini, şairlərin sözünü, düşüncə adamlarının ideyalarını, millətin ruhunu daşıyır. Biz öz dilimizi qoruduqca güclənəcəyik. Biz bu dili inkişaf etdirdikcə dünyada yerimizi daha qətiyyətlə möhkəmləndirəcəyik. Bu dilin gələcəyinə sahib çıxmaqla, biz əslində Azərbaycanın gələcəyinə sahib çıxırıq”.

Spiker yekunda deyib:

“Hörmətli konfrans iştirakçıları!

Qoy bu tədbir dilimizin elmi əsaslarının möhkəmlənməsinə, əməli tədbirlərin müəyyənləşdirilməsinə, yeni ideyaların formalaşmasına və ən əsası, Azərbaycan dilinin daha parlaq gələcəyinə xidmət etsin. Sonda mən konfransda iştirak edən hökumət üzvlərinə, hökumət nümayəndələrinə, dəyərli alimlərimizə, ədəbiyyat xadimlərimizə və dilçilərimizə, həmçinin parlament üzvlərinə bu mühüm sahədə fəaliyyətlərində uğurlar diləyirəm. Qoy bu uğurlar Azərbaycan dilinin qorunması, inkişafı və onun müasir texnologiyalara inteqrasiyası sahəsində davamlı olsun”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Dekabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri