Icma.az
close
up
RU
Milli Məclisdə Mehdiyevdən söz açıldı: “Sosial dayağı yoxdur”

Milli Məclisdə Mehdiyevdən söz açıldı: “Sosial dayağı yoxdur”

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kopenhagen, Qəbələ, Düşənbə zirvələri və Yaxın Şərq sülh sammiti fonunda yalnız son 3 həftənin siyasi trafiki deməyə əsas verir ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan artıq hesablaşılan qlobal gücə çevrilib. 

Moderen.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.

O qeyd edib ki, artıq Vaşinqtion da, Tehran da, Paris, Moskva da Bakının hərbi-siyasi zəfərləri ilə yaratdığı yeni reallıqları qəbul edir və bu ölkələrlə münasibətlərimiz arzuolunan məcraya qədəb qoyub: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xristianlığın ürəyi – Vatikana rəsmi səfəri  həm də sivilizasiyalar arası dialoqda Azərbaycanın hərəkətverici rol üstləndiyini göstərir.

Bütün bunların fonunda ölkədə ictimai rəyin bəzən milli məqsədləri aşması suallar doğurur. Məsələn, son günlər diqqətin Ramiz Mehdiyevin barəsində cinayət təqibinə fokuslanması başa düşülən olsa da bu situasiyanın dövlətçilik əleyhinə qaralama cəhdlərinə çevrilməsi qəbuledilməzdir. Burada söhbət Mehdiyevə bir zamanlar xoş söz demiş hansısa fərdin müdafiəsindən getmir, söhbət dövlətin imicindən gedir.

Bu gün Azərbaycanın bütövlüyünü istəyən, sabitliyi, dayanıqlı inkişafı arzulayan, qalib kimi yaşamaq istəyən sağlam düşüncəli hər bir vətəndaş üçün yalnız bir qütb var – cənab İlham Əliyev.  

Nə Mehdiyev, nə onun radikal müxalifətdəki balaları yaxud mitinq kuklaları Azərbaycan xalqının gözündə cənab İlham Əliyevə alternativ olmayıb, olması da mümkün deyil.".

Deputat bildirib ki, Mehdiyev barəsində cinayət təqibi üzrə təkzibedilməz sübutların olduğunu demək üçün ciddi əsaslar mövcuddur və onun əməllərində hansı xəyanətlər yatır, bunu hüquq mühafizə orqanları müəyyən edəcək:

“Amma dəyişməyən bir reallıqlar var ki, neobolşevik təfəkkürü ilə, ayrı-ayrı şəxsləri bir vaxtlar hakimiyyət iyerarxiyasında yüksək mövqe tutmuş şəxs barəsində deyilən sözlərə, protokol xarakterli yazılara görə linç etdirmək heç də Mehdiyevin ehtimal olunan xəyanətləri ilə mübarizə deyil. Əksinə bu xəyanət qədər təhlükəlidir və ölkədə dövlətin nüfuzunu zədələməyə, idarəçilik sistemini gözdən salmağa hesablanan, qəsdən Mehdiyevin böyük sosial dayaqlara malik olduğu effektini formalaşdırmaq üçün süni formada təşkil edilən kampaniyadır.

Heç bir sosial bazisi olmayan Mehdiyev kimi cılız adam barədə nə vaxtsa tərif demək qorxulu deyil, qorxulu olan bir vaxtlar Ulu Öndər Heydər Əliyev və cənab İlham Əliyev barədə hədyanlar söyləyib bu gün isə maskalanaraq məqam gözləyənlərə görməzdən gəlməkdir.

Bəli, Mehdiyev bir zamanlar ictimai-siyasi kəsim üzərində söz sahibi olub, amma onun heç vaxt sosial dayağı olmayıb. Sadəcə antimilli ünsürlərin köməyi ilə zaman-zaman özünün əvəzedilməz obrazını formalaşdırmağa çalışıb. Xatırlayırsızsa onun administrasiya rəhbəri olduğu dövrdə 3-5 aydan bir radikallar tökülürdü küçələrə, aidiyyatı strukturlar səfərbər edilirdi və Mehdiyev də olurdu önəmli adam. Ona görə də diqqət daha çox məhz həmin o radikal ünsürlərin, antimilli Şura funksionerlərinin Mehdiyevlə gizli əlaqələrinə yönəlməlidir və hər kəs də əmin olsun ki, istinaq çox mətləbləri üzə çıxaracaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:550
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri