Icma.az
close
up
RU
Milli Məclisdə Ramiz Mehdiyevin milyonlarından danışıldı: “17 milyona...”

Milli Məclisdə Ramiz Mehdiyevin milyonlarından danışıldı: “17 milyona...”

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“17 milyon yüksək səviyyəli 10 tammetrajlı film deməkdir, amma bu pulu evdə saxlayırlar”

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar 9 məsələni müzakirə ediblər. Millət vəkilləri əvvəlcə cari məsələlərlə bağlı fikirlərini bildiriblər.

Deputat Vüqar Bayramov deyib ki, 2003-cü ildən sonra, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb. Onun sözlərinə görə, Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 85 milyard dollara çatıb.

“Qarabağ və Şərqi Zəngəzurda 28697 nəfər artıq məskunlaşıb”

“Əldə edilən uğurlar yeni dövrdə iqtisadi islahatların dərinləşməsi ilə daha da möhkəmlənib. Azərbaycanın güclənməsi işğaldan azad olunan torpaqlarımızın intensiv bərpa və yenidən qurmasına imkan yaratmaqdadır. Böyük Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda 28697 nəfər artıq məskunlaşıb. Bu 7154 ailənin ev ilə təmin edilməsi deməkdir. 2026-cı ilin yanvarın 1-dən sonrakı, 2 aya  yaxın müddətdə, isə 2863 keçmiş məcburi köçkün işğaldan azad olunan ərazilərimizdə məskunlaşıb. Bu həmin yalnız 2 ayında keçmiş məcburi koçkünlərimizin dövlət tərəfindən 646 evlə təmin edilməsi deməkdir", millət vəkili deyib.

“Xocalı qatillərinin yenidən hakimiyyətə gətirilməsi Ermənistan üçün ağır nəticələr doğura bilər”

“Dünən xalqımız böyük hüznlə Xocalı soyqırımı qurbanlarını yad etdi. Ermənistanın prezidentləri olmuş Robert Köçəryan və Serj Sarkisyanın rəhbərliyi ilə 34 il öncə erməni silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalının dinc sakinlərinə - uşaq, qadın, qoca demədən divan tutub. Xocalı işğaldan azad olunsa da, həmin cinayəti törətmiş şəxslər cəzalandırılmayınca, soyqırımı qurbanlarının ruhu rahat ola bilməz”. Bu sözləri isə deputat Qüdrət Həsənquliyev səsləndirib.

Millət vəkili xatırladıb ki, İsrail müharibədən sonra nasist cinayətkarlarını taparaq ədalət məhkəməsi qarşısına çıxarırdı: “Mümkün olmadıqda isə onların məsuliyyətə cəlb olunması üçün digər yollar axtarırdı. Azərbaycanın müvafiq dövlət orqanları da Xocalı qətliamını törətmiş şəxslərin cəzalandırılması üçün bütün hüquqi mexanizmlərdən istifadə etməlidir. Xatırladım ki, bu gün həmin şəxslər Ermənistanda yenidən hakimiyyətə qayıtmaq niyyətindədirlər. Ermənistanda sülh tərəfdarları açıq şəkildə bəyan edirlər ki, qarşıdan gələn 7 iyun seçkiləri müharibə ilə sülh arasında seçim olacaq. İndi zaman çatıb ki, Azərbaycan da Ermənistan xalqına açıq mesaj versin: Xocalı qatillərinin yenidən hakimiyyətə gətirilməsi Ermənistan üçün ağır nəticələr doğura bilər. Revanşist qüvvələrin hakimiyyətə gələcəyi halda mümkün təxribatların qarşısını almaq məqsədilə sərhəd bölgəsində bütün qoşun növlərinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlərin keçirilməsi məsələsi də nəzərdən keçirilməlidir. Azərbaycan eyni zamanda, Ermənistandan Xocalı qətliamını törətmiş şəxslərin cəzalandırılmasını tələb etməlidir”.

“Azərbaycan iqtidarını Ermənistanda 7 iyun seçkilərinə qədər Paşinyanla sülh sazişi imzalamağa çağırıram”

“Bununla yanaşı, Azərbaycan iqtidarını Ermənistanda 7 iyun seçkilərinə qədər sülh prosesini aparan və hazırda çətin siyasi mərhələdən keçən Nikol Paşinyanla sülh sazişi imzalamağa çağırıram. Kommunikasiya xətlərinin açılması, iqtisadi və humanitar əlaqələrin qurulması, həmçinin Türkiyənin Ermənistanla əməkdaşlığa başlaması fonunda sülh sazişi Ermənistan üçün əlavə diskomfort yaratmaz və regionda sabitliyə töhfə verə bilər. Heç bir konstitusiya isə təkbaşına sülhün təminatı ola bilməz”, - Q.Həsənquliyev vurğulayıb.

Deputat həmçinin Pakistana dəstək ifadə etməyin vacibliyinə diqqət çəkib: “Mağara təfəkkürlü “Taliban”a qarşı mübarizə aparan qardaş Pakistana dəstəyimizi ifadə etməliyik. “Taliban” artıq bir sıra dövlətlər tərəfindən terror təşkilatı kimi qiymətləndirilir və regionda təhlükəsizlik baxımından ciddi risklər yaradır”.

“Ölkədə bu qədər təşkilat var, amma heç biri filmlərin çəkilməsinə sponsorluq etmir”

İclasda “Kinematoqrafiya haqqında” qanun layihəsi də müzakirə olunub. Layihədə Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclərin müəyyən qaydalara uyğun olaraq qismən geri ödənilməsi nəzərdə tutulur.  Layihədə həmçinin xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb edilməsi dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit olunur.

Müzakirə zamanı yazıçı, deputat Aqil Abbas təəssüflənərək bildirib ki, Azərbaycanda kinonun çəkilməyi Mədəniyyət Nazirliyinin üzərinə düşüb: “Kino ölkənin milli ənənələrini göstərən önəmli faktordur. Türkiyə filmləri ilə dünyanı Osmanlıdan çox tuta bilib. Ölkədə bu qədər təşkilat var, amma heç biri filmlərin çəkilməsinə sponsorluq etmir. Rusiyada filmlərin əksəriyyətini nazirliklər çəkirlər. Niyə bizdə yalnız Mədəniyyət Nazirliyinin pulu ilə film çəkməlidir? Necə olur ki, təşkilatlar futbola pul qoyur, amma filmə yox?”.

“Bizim də tarixi şəxsiyyətlərimiz var. İndiyədək Şah İsmayıl haqqında niyə film çəkilməyib? Mən kiminsə haqqında danışmaq istəmirəm, amma Ramiz Mehdiyevin evindən 17 milyon pul tapıldı. 17 milyon yüksək səviyyəli 10 tammetrajlı film deməkdir, amma bu pulu evdə saxlayırlar. Mən də istəyirəm bizim filmlər dünyaya çıxsın”, deputat vurğulayıb.

Deputatdan sual: ““Məshəti” filminin çəkilişinə sərf olunan vəsaitlərə görə kim məsuliyyəti daşıyır?”

"Bu yaxınlarda cəmiyyətdə “Məshəti” filmi ciddi şəkildə müzakirə olundu. “Məshəti” filmi dövlət hesabına çəkilmişdi və filmin yayılması qadağan edildi. Həmin vəsaitlərə görə kim məsuliyyəti daşıyır? “Həmin filmin ssenarsini kimsə oxumuşdu? Bilmirdilərmi filmdə nələrdən bəhs ediləcək və filmi doğurdan da bizim cəmiyyətimiz qəbul ediləcəkmi? Bu film çəkiləndə kimə tapşırıldığı aydınlaşdırılmışdımı ki, bu adam bu filmi çəkməyə layiqdir? Qanunvericilikdə bu məsələlərə baxılmalıdır”. Bu sözləri isə qanunun müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

Deputat deyib ki, həmçinin bu hallarda həmin vəsaitin ayrılmasına görə məsuliyyəti daşıyan şəxslər öz əmlakları ilə məsuliyyət daşımalıdır: “Yoxsa vəsaiti ayır, sonra aydın olsun ki, ortaya qoyulan iş heç nəyə yaramır. Həmin şəxslər birbaşa məsuliyyət daşımalıdır”.

Müzakirədən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://ayna.az
archiveBu xəbər 27 Fevral 2026 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri