Milli Məclisin büdcəsi artırıldı Gələn il 52 milyon manat ayrılacaq
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Gələn il dövlət büdcəsindən Milli Məclisə 52,07 milyon manat vəsait ayrılacaq.
Redaktor.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Bu, 2025-ci illə müqayisədə 546 min manat və ya 1,1 faiz artım deməkdir. 2025-ci ildə dövlət büdcəsindən Milli Məclisə 51,53 milyon manat ayrılıb.
Xərclərin əsas hissəsi əməyin ödənişinə yönəldiləcək. Belə ki, 2026-cı ildə Milli Məclis üzrə əməyin ödənişi xərcləri 39,51 milyon manat, o cümlədən əməkhaqqı xərcləri 31,75 milyon manat təşkil edəcək.
Qeyd edək ki, 2024-cü ildə parlamentin saxlanılması xərcləri 49,22 milyon manat olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 04 Noyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















