Icma.az
close
up
RU
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2025 ci ilin payız sessiyasında ilk iclası keçirilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2025 ci ilin payız sessiyasında ilk iclası keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Musa Quliyev yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb. O qeyd edib ki, iclasın gündəliyinə 2 məsələ daxil edilib.

Komitə sədri, ilk növbədə, 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ötən sessiya dövründə komitənin 14 iclası keçirilib, ümumilikdə 23 məsələyə baxılıb.

Bildirilib ki, 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitəyə ümumilikdə 570 sənəd, o cümlədən vətəndaşlardan 337 ərizə, nazirliklərdən və idarələrdən 233 cavab məktubu daxil olub.

Daha sonra Musa Quliyev gündəliyin ikinci məsələsi - Əmək və sosial siyasət komitəsinin 2025-ci il payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. Bildirib ki, növbəti sessiyada əsasən büdcə məsələləri müzakirə ediləcək, qanunvericilik təşəbbüsü əsasında təqdim olunmuş qanun layihələrinə baxılacaq, həmçinin komitənin səlahiyyət dairəsinə daxil olan mövzular üzrə ictimai dinləmələrin və geniş müzakirələrin təşkili nəzərdə tutulur.

Müzakirələr zamanı komitə sədrinin müavini Elşad Musayev, üzvləri Vüqar Bayramov, Səttar Möhbalıyev, Jalə Əliyeva, Göydəniz Qəhrəmanov, Sevinc Hüseynova, Nigar Məmmədova, Əziz Ələkbərov, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək fikir və təkliflərini bildiriblər.

İclasın sonunda ötən sessiyada görülmüş işlər məqbul hesab edilib və komitədə 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri