Icma.az
close
up
RU
Milli Məclisin iclası

Milli Məclisin iclası

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Parlamentin növbədənkənar sessiyasında önəmli qanun layihələri müzakirə edildi

İyunun 5-də Milli Məclisin növbədənkənar sessiyası keçirildi. Sessiya parlamentin sədri Sahibə Qafarovanın hesabat xarakterli giriş nitqi ilə başladı. Spiker çıxışında deputatlara 1–3 iyun tarixlərində Serbiyaya işgüzar səfəri barədə məlumat verdi. O bildirdi ki, səfərin əsas məqsədi Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak olub.

Daha sonra bəzi deputatlar cari məsələlər ətrafında müxtəlif fikirlər səsləndirdilər. Millət vəkili Vüqar Bayramov qeyd etdi ki, “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycanla ABŞ arasında imzalanan 7,5 milyard dollarlıq anlaşmalar iki ölkə münasibətlərinin enerji əməkdaşlığından strateji texnoloji tərəfdaşlığa keçdiyini göstərir. Onun sözlərinə görə, Azərbaycan bu həftə regionun ən böyük enerji platformalarından biri olan Bakı Enerji Həftəsinə ev sahibliyi edib və tədbirdə səsləndirilən mesajlar ölkənin yeni iqtisadi prioritetlərini ortaya qoyub: “İmzalanan 7,5 milyard dollarlıq müqavilələr göstərir ki, münasibətlər artıq yalnız enerji sektorunu əhatə etmir. Burada yüksək texnologiyalar, innovasiya, rəqəmsal iqtisadiyyat və süni intellekt istiqamətləri də ön plana çıxır. Bu ilin ilk rübündə Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 296 milyon dollara yüksəlib. Bu, strateji tərəfdaşlığın iqtisadi əlaqələrə də təsir etdiyini göstərir”.

Deputat Əziz Ələkbərli çıxışında tarixi toponimlərin qorunması və onların düzgün adlandırılmasının hüquqi tərəflərinə toxundu. O, bəzi coğrafi adların saxtalaşdırılmış formada işlədilməsinin heç bir hüquqi əsası olmadığını bildirərək, bu məsələyə yenidən baxılmasını tələb etdi: “Belə toponimlərdən biri İrəvan, digəri isə Tiflis şəhərlərinin adlarıdır. Bütün elmi ədəbiyyatlarda ümumi şəkildə deyilir ki, 1936-cı ildə İrəvan şəhərinin adı dəyişdirilərək Yerevan qoyulub. Mən Azərbaycan tarixşünaslığında bu məsələyə dəqiqlik gətirmək istəyirəm”. Deputat media nümayəndələrinə müraciət edərək tarixi toponimlərin istifadəsinə daha çox diqqət yetirməyə çağırdı: “1936-cı il avqustun 17-də SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi “Yaşayış məntəqələrinin adlarının düzgün yazılışı haqqında” qərarı bu gün media nümayəndələrinə paylayacağam və onlardan toponimlərimizin qərarda təsbit olunan variantda yazılışına əməl etməyi xahiş edirəm. Gəlin bütün müstəvilərdə dilimizin saflığını qoruyaq”.

***

Çıxışların ardınca gündəlikdə duran məsələlərin müzakirəsinə keçid edildi. İlk olaraq “Diplomatik xidmət haqqında” layihə üçüncü oxunuşa təqdim edildi. Layihəyə əsasən, diplomatlara pensiyaya çıxarkən ya son 24 ayda, ya da istənilən ardıcıl 60 ayda aldıqları orta aylıq maaş əsasında hesablanan məbləğin 6 misli həcmində birdəfəlik ödəniş veriləcək. Həmçinin, diplomatik xidmətə müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılma ilə xitam verildikdə əməkdaşa orta aylıq dövlət məvacibinin 3 misli həcmində müavinət ödəniləcək. Aparılan müzakirələrdən sonra layihə səsverməyə qoyularaq sonuncu oxunuşdan da uğurla keçdi.

Paralel olaraq, “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda qəbul edildi. Azərbaycandakı struktur və idarəetmə islahatlarının tərkib hissəsi olaraq Naxçıvanda idarəçilik modelini təkmilləşdirmək məqsədilə hazırlanan layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında (MR) Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusu alacaq. Bu qurum birbaşa dövlət başçısına tabe olan və onun təyin etdiyi səlahiyyətli nümayəndə tərəfindən idarə edilən, Naxçıvan ərazisində Prezidentin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır. Yeni dəyişikliklərlə səlahiyyətli nümayəndə və onun müavinləri inzibati vəzifələr təsnifatından çıxarıldığı üçün “Dövlət qulluğu haqqında” qanun artıq onlara şamil olunmayacaq və onların əməyinin ödəniş pilləsi xidmət illəri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək; nümayəndənin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil ediləcək.

Cinayət-Prosessual Məcəlləsinə təklif edilən düzəlişlərə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məlumat daxil olduğu vaxtdan məhkəməyədək sadələşdirilmiş icraatın açılma müddəti 24 saatdan 48 saata qədər uzadılır. Eyni zamanda, bu icraat şəklində təhqiqatın aparılma müddəti də 10 gündən 30 günə qaldırılır. Sənəddə diqqətçəkən digər məqam qanunvericiliyin bəzi maddələrindəki “şikayət” sözünün “məlumat” ifadəsi ilə əvəzlənməsidir ki, bu da vətəndaşların niyyətinin hər zaman şikayət yox, sadəcə, baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarını məlumatlandırmaq ola biləcəyi reallığı ilə əsaslandırıldı. Bundan başqa, hüquqi şəxslərin də cinayət hadisəsi barədə məlumat vermək imkanları nəzərə alınaraq, həm ilkin müraciət sənədlərində, həm də icraatın yekun protokolunda həmin şirkət və ya təşkilatın adının, ünvanının və VÖEN-inin göstərilməsi tələbi layihədə xüsusi yer alıb. Qanun layihəsi birinci oxunuşda qəbul edildi.

İclasda müzakirəyə çıxarılan digər əhəmiyyətli sənəd – Cinayət-Prosessual Məcəlləsinə təklif olunan növbəti dəyişiklik layihəsi də birinci oxunuşda dəstəkləndi. Təklif olunan yeni düzəlişlərə əsasən, cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə qərarlar artıq mülki mühakimə icraatında deyil, daha çevik və operativ həll imkanı yaradan məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək ki, bu da gələcəkdə məhkəmə qərarlarının preyudisial (əvvəllər müəyyən edilmiş faktların birdəfəlik qəbul olunması) əhəmiyyəti ilə bağlı mübahisələrin qarşısını alacaq. Məcəlləyə əlavə edilən yeni maddə ilə təqsirləndirilən şəxs olmayan, lakin əmlakına həbs qoyulması ilə qanuni mənafeyinə toxunulan üçüncü şəxslər rəsmən cinayət prosesinin iştirakçısı statusunu alırlar. Bununla da həmin şəxslərə prosesə cəlb olunaraq öz hüquqlarını qorumaq üçün apellyasiya, kassasiya və əlavə kassasiya şikayətləri vermək hüququ tanınır.

Gündəlikdəki digər mövzu İnzibati Xətalar Məcəlləsinə düzəlişlər isə birbaşa yaşıllıqların mühafizəsi sahəsində nəzarətin gücləndirilməsindən bəhs edir. Yeni qaydalara əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi ilə bağlı yalan və ya təhrif olunmuş məlumat verən şəxsləri ciddi sanksiyalar gözləyir. Bu xətaya görə fiziki şəxslərin 500 manat, vəzifəli şəxslərin 3000 manat, hüquqi şəxslərin isə 5000 manat miqdarında cərimə olunması müəyyənləşdirildi. Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edildi. Bununla da parlamentin növbədənkənar sessiyası başa çatdı.

Tacir SADIQOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyun 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri