Icma.az
close
up
RU
Milli mənəvi dəyərlərimizi tanıdılması ilə bağlı layihəyə start verildi

Milli mənəvi dəyərlərimizi tanıdılması ilə bağlı layihəyə start verildi

Icma.az bildirir, Azpost portalına istinadən.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Zirvə” Ziyalılar Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə 10 may 2025-ci ildə “Milli-mənəvi dəyərlərimizin, irsimizin qorunması, tanıdılması və gənclərə ötürülməsi” layihəsinə start verildi.

Layihənin məqsədi və məramı – Vətənimizin tarixi abidələrini, keçmişimizi, milli sərvətlərimizi yeniyetmə və gənclərin gözü ilə görmək, tanıtmaq və onların rəsmlərində əks etdirmək, Vətənə, xalqa, millətə, hər daşına, gülünə, canlı və cansız hər bir varlığına sevgi, sayğı, məhəbbət və vətənpərvərlik hisslərini aşılamaqdan ibarətdir. Bu məqsədlə yeniyetmə və gənclərdən ibarət 35 nəfərlik qrupla “Zirvə” Ziyalılar Təşkilatı İctimai Birliyi tərəfindən İçərişəhərdə yerləşən tarixi abidələrimizə ekskursiya təşkil olundu. İstedadlı gənclər və yeniyetmələr keçmişimizə və tariximizə səyahət edərək, ekskursiya sonunda “Qoy həmişə günəş olsun”, “Tarixi abidələrimiz”, “Qalib Azərbaycan”, “Güllər və çiçəklər” mövzusunda rəsmlər yaratdılar.

Gözəl və mənalı rəsmlərinə görə gənc rəssamlar “Zirvə” Ziyalılar Təşkilatı İctimai Birliyinin sertifikatları ilə təltif olundular. Gənc istedadların sevincinin həddi-hüdudu yox idi. Onlar belə maarifləndirici tədbirdə iştirak etdikləri üçün Agentliyə və “Zirvə” Ziyalılar Təşkilatı İctimai Birliyinə öz təşəkkürlərini bildirdilər.

Rəsmi hissə başa çatdıqdan sonra uşaqlara istirahət imkanı yaradıldı, onlar nahara dəvət olundular. Layihənin ikinci fəaliyyət mərhələsinə isə artıq start verilmişdir. İyun ayında keçiriləcək ümumrespublika sərgisinə “Qalib Azərbaycan rəssamlarımızın rəsmlərində” adlı mövzu üzrə hazırlıqlara başlanılıb.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 May 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see275

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see211

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see194

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see184

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see151

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see147

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see142

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri