Icma.az
close
up
RU
Milli oyanış və tərəqqimizin “Əkinçi”si

Milli oyanış və tərəqqimizin “Əkinçi”si

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Milli Mətbuatı – 150

Azərbaycanda torpaqşünaslıq elminin əsasını qoyan Həsən bəy Məlikov-Zərdabi özünün yaratdığı ilk qəzeti məhz “Əkinçi” adlandıraraq milli mətbuatımızın “tarla”sına elə saf toxumlar səpib ki, barı-bəhəri bir əsr yarımdır, sovulmaq bilmir. Millətin gözünü-könlünü maarif ziyası ilə nurlandıran “Əkinçi” ötən 150 ildə, sözün əsl mənasında, qol-qanad açaraq şaxələnib, bu gün artıq ən müasir ənənəvi çap və elektron media səviyyəsinə yüksəlib.

Həsən bəy Zərdabi ensiklopedik biliyə malik olan bir alim kimi dünya miqyasında tanınmış şəxsiyyətlərdəndir. Onun biologiya, coğrafiya, astronomiya, iqtisadiyyat, tibb və əlbəttə, mətbuat sahələrində böyük xidmətləri olub. Mədəni həyatımızda yeni bir səhifə açan “Əkinçi”nin nəşri xüsusilə qeyd edilməlidir. Şərəfli yol keçmiş milli mətbuatımızın banisi özünün bu qəzeti ilə Azərbaycanda yeni düşüncənin, müasirliyin “əkinçi”si kimi tarixə düşüb.

Akademik Rafael Hüseynovun fikrincə, biz bu gün yubilyar qəzetin “Əkinçi” adlandırılmasını rəmzi mənada qavrayırıq. “Lakin o vaxt – XIX əsrin sonlarında Azərbaycanın da tərkibində olduğu rus çar hökuməti azad sözdən ehtiyat etdiyindən yalnız kənd təsərrüfatı, əkin-biçin məsələlərindən yazacaq bir qəzetin buraxılmasına icazə vermişdi. Hərçənd ilk Azərbaycan qəzetinin yaradıcıları bütün məhdudiyyətlərə baxmayaraq, ölkənin və regionun həyatındakı müxtəlif ictimai-siyasi problemlərdən də mütəmadi olaraq söz açmağı bacarmışdılar”.

Azərbaycan peşəkar teatrının təməli sayılan ilk tamaşa, Xeyriyyə Cəmiyyəti açmaq təşəbbüsü, Bakı real məktəbində müəllimlik, rus mətbuatında əməkdaşlıq, camaat arasında könüllü vəkillik və nəhayət, “Əkinçi”nin nəşri xalqın xeyri üçün hər bir işə böyük həvəslə girişən Həsən bəy Zərdabinin adı ilə bağlıdır. O, “Rusiyada əvvəlinci Azərbaycan qəzeti” adlı məqaləsində yazırdı: “Hər kəsi çağırıram – gəlmir, göstərirəm – görmür, deyirəm – qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də. Ələlxüsus doğru söz... belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur”. Daha sonra: “Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Sonra düşmənin düşmənliyi, dostun doğruluğu və dost göstərən doğru yolun doğru olması aşkar olar”. – Mərhum alim Əziz Mirəhmədov bu sözlərdə bir neçə mühüm mətləb – maarifçilik məsləki, mübarizə əzmi, xalqa məhəbbət, bir də “doğru söz”, “doğruluq” eşqi olduğunu vurğulayırdı.

“Əkinçi”nin tarixi əhəmiyyətini layiqincə qiymətləndirmək üçün belə bir həqiqəti də nəzərə almaq lazımdır ki, o zaman Azərbaycan dilində kitab çap eləmək “dağ çapmaq kimi” (M.F.Axundzadə) bir iş idi: əsər yazmış müəllif onu kitab halında buraxdırmaq üçün pul tapanda mətbəə tapmırdı, mətbəə tapanda senzuradan icazə ala bilmirdi, icazə alıb çap etdirməyə müvəffəq olanda isə oxucu tapmaqda çətinlik çəkirdi”... Belə bir “mətbuat aclığı” dövründə nəşrə başlayan “Əkinçi”nin təkcə Qafqaz və Rusiya miqyasında deyil, Avropada da böyük mədəni hadisə kimi qiymətləndirilməsi həm də bununla izah olunmalıdır.

Düzdür, çar senzurası hələ “Əkinçi”nin proqramını nəzərdən keçirdiyi zaman bildirmişdi ki, gərək bu qəzetin “məqalələri yalnız əhalinin məişətinin iqtisadi və ən yaxın mülki məsələlərinə aid olsun və dəbdə olan siyasi görüşlərlə, yaxud bütün müasir həyat quruluşunu müzakirə etmək cəhdləri ilə doldurulmasın”. Lakin qəzet çapına belə bir məhdudlaşdırıcı şərtlə icazə almasına baxmayaraq, mütərəqqi jurnalistika təcrübəsinə yaxşı bələd olan Zərdabi öz əməli işində senzuranın təsdiq etdiyi proqramdan məharətlə kənara çıxıb, “Əkinçi”ni əsl mənada demokratiyanın tribunasına, Azərbaycan ictimai-siyasi, fəlsəfi, bədii, elmi, iqtisadi, pedaqoji və etik fikrinin aynasına çevirə bilmişdi.

Ali məfkurəsini həyata keçirmək yolunda mübarizədə Həsən bəy Zərdabi dövrünün görkəmli ziyalıları – M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov, Əhsənül-Qəvaid, Ə.Gorani, Ə.Heydəri və başqalarının qüvvəsinə, köməyinə arxalanırdı. Məhz tərəqqipərvər müəlliflər heyətinin sayəsində “Əkinçi” zamanının mühüm elmi, texniki, kənd təsərrüfatı, mədəni yenilikləri haqqında müntəzəm məlumat verə bilib, öz səhifələrində Azərbaycan ictimai fikrinin inkişafı baxımından faydalı polemika açıb, yeni elmi dünyagörüşünün parlaq nümunələrini verib. Qəzetdə siyasət və iqtisadiyyat, mədəniyyət və sosiologiya, fəlsəfə və ədəbi tənqid, biologiya və nəbatat haqqında irəli sürülmüş müddəa və tövsiyələrin böyük bir qismi bu gün də öz təravət və əhəmiyyətini saxlayır. “Əkinçi” XIX əsr Azərbaycan ictimai fikri, mətbuatı, ədəbiyyatı və dilinin, habelə təbiətşünaslığın tarixini öyrənmək üçün çox qiymətli məxəzdir.

Ə.DOSTƏLİ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:414
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri