Icma.az
close
up
RU
Milli oyanışın səsi “Əkinçi” qəzeti

Milli oyanışın səsi “Əkinçi” qəzeti

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Ümummilli Lider Heydər Əliyev – “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”

Mətbuat yarandığı vaxtdan hər bir fərdin ayrı-ayrılıqda özünü ifadə etmək istəyi əsrlər boyu insanlığın demokratik ideallar uğrunda mübarizəsinin əsas mahiyyətini təşkil edib.

Əsrlər boyunca Azərbaycanda qeyri-maddi, mənəvi dəyərlərin yaradılması uğrunda mübarizələr aparılıb. Bu gün müasir cəmiyyəti mətbuatsız, mədəniyyətsiz, təhsilsiz təsəvvür etmək mümkün deyil.

Mətbuatımızın keçdiyi tarixi yol qürur doğurur. Bu il Azərbyacanda milli mətbuatın ana dilində ilk qəzetin nəşrə başlamasının 151 ili tamam olur.

1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkür Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli ruhunun formalaşmasında yeni mərhələ oldu. Əsasən maarifçilik missiyasını yerinə yetirən “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı.

Etiraf etmək lazımdır ki, “Əkinçi” Zərdabi irsinin şah əsəridir. O zaman etibarilə çox azömürlü oldu. Lakin Azərbaycan mədəniyyəti, mətbuatı tarixində o qədər böyük rol oynadı ki, o indi də yaşamaqda, ictimai-mədəni möcüzə olaraq qalmaqdadır.

“Əkinçi” istər Zərdabi, istərsə də digər Azərbaycan ziyalıları üçün bir ideal, bir maarifçilik çağırışı idi. “Əkinçi” Azərbaycanın gənclərini öz ətrafında birləşdirən bir mərkəz , məktəb idi. “Əkinçi” Zərdabinin həyatına o qədər dərindən daxil olmuşdu ki, bir çox hallarda Zərdabinin özünü “Əkinçi” adlandırırdılar. Bu barədə Əlimərdan bəy Topçubaşov deyirdi: “Əkinçi”! bu sözü ürək döyüntüsüz və həyəcansız dilə gətirmək çətindir. Bu sözdə hər bir azərbaycanlı üçün o qədər müqəddəslik var… “Əkinçi” müstəqil Azərbaycan üçün onun dili, xalq mahnıları, poeziyası, ədəbiyyatı, tarixi üçün gözəl emblemdir. “Əkinçi” bütün Azərbaycan xalqının təsviri və ona tərif verilməsidir, onun enerjisinin, onun azad əməyə məhəbbətinin, onun ideya və ideallarının təzahürüdür!

“Əkinçi” Zərdabinin ucaltmış olduğu xilasedici bir mayakdır, şücaət və qəhrəmanlıqdır. Bu qəzet Azərbaycan dilində nəşr olunan ilk mətbuat orqanı olmaqla, milli kimliyin, xalqın mədəni və ictimai inkişafının informasiya tribunası rolunu oynadı.

“Əkinçi” qəzetinin əsas məqsədi xalqı maarifləndirmək, savadsızlığın aradan qaldırılmasına yardım etmək, elm və təhsili təbliğ etmək idi. Həsən bəy Zərdabi qəzet vasitəsilə sadə xalqı onların başa düşə biləcəyi dildə elmə, təhsilə, gigiyenaya və ümumilikdə, mütərəqqi düşüncəyə təşviq edirdi. O, inanırdı ki, xalqın tərəqqisi yalnız savad, elm və əmək sayəsində mümkündür. “Əkinçi” qısa müddətdə həm ziyalılar, həm də sadə insanlar arasında nüfuz qazandı. Qəzetin dili sadə və anlaşıqlı idi, bu da onu oxucu kütləsinə yaxınlaşdırırdı. “Əkinçi” qəzetinin fəaliyyətini cəmi iki ilə yaxın sürsə də onun təsiri on illərlə davam etdi. Qəzet Azərbaycanın maarif və mətbuat tarixində silinməz iz buraxmış, xalqın oyanışı və milli şüurun formalaşması prosesində mühüm mərhələ olmuşdur.

Bu gün 22 iyul “Milli Mətbuat günü” kimi qeyd olunursa, bu məhz “Əkinçi”nin və onun banisinin tarixi xidmətlərinin nəticəsidir. Milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı.

Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda ölkəmizədə mətbuatın sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etməsinə geniş imkanlar yaradılmışdır. Hazırda ölkəmizdə çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet, qəzetçilik inkişaf edir.

Hazırda Azərbaycan mətbuatı qəzet və jurnal nəşrlərini, informasiya agentliklərini, internet mediadan ibarət rəqəmsal platformaları əhatə edir. Mətbuatın fəaliyyəti ölkədə qüvvədə olan qanunvericilik, eləcə də kütləvi informasiya vasitələrinin inkişafına dəstək iddiası ilə yaradılmış dövlət institutları tərəfindən tənzimlənir. Azərbaycan mətbuatı müasir dövrdə həm ənənəvi həm də yeni media formalarının paralel mövcudluğu ilə xarakterizə olunur.

Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda mətbuata böyük diqqət və qayğı göstərilir.

Esmira Həsənova

Naxçıvan şəhər Təhsil Şöbəsinin əməkdaşı,

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 İyul 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri