Icma.az
close
up
RU
“Milli Qəhrəman” adına kölgə SALANLAR

“Milli Qəhrəman” adına kölgə SALANLAR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Milli Qəhrəman” fəxri adı yalnız keçmişdə göstərilmiş igidlik üçün verilmir - onu daşıyanlardan gələcəkdə də dövlət və cəmiyyət tərəfindən gözlənilən nümunəvi davranış tələb olunur. Yəni milli təltiflər sadəcə rəmz deyil, həm də davamlı məsuliyyətdir.

Dövlət və hüquq sistemi tərəfindən müəyyən edilmiş qaydaları pozmaq, “Milli Qəhrəman” adı almış şəxsi belə bu statusdan məhrum etməyə gətirib çıxara bilər. Ona görə də qəhrəman statusu yalnız “şücaət günü”ylə bitmir.
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı indiyədək 226 nəfərə verilib. Lakin onlardan 2-si sonradan bu tituldan məhrum edilib. 1 nəfər isə hazırda həbsdədir.
Modern.az saytı “Milli Qəhrəman” fəxri adına kölgə salanlarla bağlı yazını təqdim edir.
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri adından məhrum edilmiş iki nəfərdən biri Rasim Əkbərov, digəri Surət Hüseynovdur.

Polkovnik Rasim Ağa oğlu Əkbərov Goranboy rayonundakı "N" saylı hərbi hissənin komandiri olub. Onun atası Ağa Əkbərov 1993–2000-ci illərdə Goranboy rayonu İcra hakimiyyətinin başçısı işləyib.
Rasim Əkbərov Prezidentin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdü.
1 yanvar 1994-cü ildə isə ona "Azərbaycan Bayrağı" ordeni verilmişdi.  
Rasim Əkbərov 2000-ci il fevralın 8-də dövlət çevrilişinə cəhddə təqsirli bilinərək 15 illik həbs cəzası alıb. 18 iyul 2001-ci ildə ölkə Prezidentinin 537 saylı fərmanı ilə Rasim Əkbərov “Azərbaycanın Milli Qəhrəmanı” adından və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.
Rasim Əkbərov Prezident İlham Əliyevin 26 avqust 2008-ci il tarixində imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.

Polkovnik Surət Davud oğlu Hüseynov 1992-1993-cü illərdə Azərbaycan Ordusunun korpus komandiri, prezidentin fövqəladə səlahiyyətli nümayəndəsi olub. 1992-ci ilin iyun-oktyabr aylarında Qarabağ ərazisində həyata keçrilən uğurlu döyüş əməliyatlarından sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi. Prezident bununla bağlı 9 oktyabr 1992-ci il tarixli fərman imzalamışdı.
1993-cü ilin 4 iyununda Gəncədə Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. O zaman Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı hökumətin həyata keçirdiyi əməliyyat uğursuzluqla nəticələnmişdi.
Məlum hadisə nəticəsində qiyamçı hərbi qüvvələrlə hökumət qüvvələri arasındakı toqquşmada ümumilikdə 35 nəfər həlak olub.
Gəncə hadisələri” kimi tarixə düşən 4 iyun olayı Azərbaycanda AXC hakimiyyətinin yıxılması ilə nəticələnib.
Bu qiyamın nəticəsində ölkə vətəndaş müharibəsi astanasına çatdığından, vəziyyətdən çıxmaq üçün Naxçıvan Ali Məslicinin o vaxtkı sədri Heydər Əliyev Bakıya dəvət edilmişdi.
Surət Hüseynovun qiyamı onun Baş nazir təyin edilməsi ilə başa çatdı. O, 30 iyun 1993-cü ildə Milli Məclisin sədri və Prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyev tərəfindən Baş nazir təyin edildi.
7 oktyabr 1994-cü ildə S.Hüseynov Baş nazir vəzifəsindən azad olundu. O, Heydər Əliyev iqtidarına qarşı da dövlət çevrilişinə cəhdə qalxdı.
1994-cü il oktyabrın 14-də Milli Məclis S.Hüseynovun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs-qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və “Azərbaycanın Milli Qəhrəmanı” adından məhrum edilməsi barədə qərar qəbul etdi.
Bundan sonra S.Hüseynov Azərbaycandan qaçdı. O, 1997-ci ildə Rusiyada saxlanılaraq Bakıya gətirildi və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edildi.
S.Hüseynov 2004-cü il martın 17-də Prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olundu.

Həbsdən azad olunandan sonra S.Hüseynov xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul oldu.

“Qiyamçı polkovnik” adı ilə tanınmış Surət Hüseynov 2023-cü il iyulun 31-də İstanbulda müalicə olunduğu xəstəxanada vəfat etdi. 
Yuxarıda adları çəkilən iki nəfərdən fərqli olaraq, ağır cinayətdə təqsirləndirilərək 10 il həbs cəzası alan sabiq korpus komandiri, general-leytenant Rövşən Əkbərov "Milli Qəhrəman" adından məhrum edilməyib.

Rövşən Telman oğlu Əkbərov
birinci Qarabağ Müharibəsində iştirak edib. Ona Azərbaycan Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
R.Əkbərov 1995-ci il mart hadisələri zamanı “OMON” silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak edib. Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasında göstərdiyi şücaətə və igidliyə görə 2 dəfə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib (1993-cü il; 1995-ci il).
R.Əkbərov 2011-2020-ci illərdə Ordu korpuslarından birinin komandiri olub. 2020-ci ildə vəzifəsindən azad edilib.
2021-ci ilin oktyabrında R.Əkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 müddətinə azadlıqdan məhrum edilib. O Ukraynada azərbaycanlı iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilib.
Hadisə 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhərində baş verib. İstinqa müəyyən edib ki, R.Əkbərov Elçin Əliyev ilə aralarında yaranmış münaqişə zamanı sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək onu qəsdən öldürüb. Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.
Məhkəmə R.Əkbərovun hərbi rütbəsini və fəxri adının alınmasını zəruri hesab etməyib. Buna səbəb kimi rütbə və fəxri adın geri alınması üçün təqdimatın olmadığı göstərilib.
Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əkbərov artıq 5 ildir ki, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir.
A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Noyabr 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri