Icma.az
close
up
RU
Milli Qəhrəman Albert Aqarunovun anım gününə həsr olunmuş tədbir keçirilib YENİLƏNİB FOTOLAR

Milli Qəhrəman Albert Aqarunovun anım gününə həsr olunmuş tədbir keçirilib YENİLƏNİB FOTOLAR

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprelin 25-də Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Magen David Azərbaycan – İnsan Hüquqlarının Müdafiəsi və Xeyriyyə Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların, xüsusilə də öz yəhudi kökləri ilə yanaşı əsl Azərbaycan övladı kimi tarixə düşmüş Albert Aqarunovun vətənə sədaqətini, qəhrəmanlığını yeni nəsillərə çatdırmaq idi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canından keçmiş bütün şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra şəhidlərimizə həsr olunmuş videomaterial nümayiş etdirilib.

Tədbirdə tanınmış ictimai-siyasi xadimlər, alimlər, din xadimləri və şəhidin ailə üzvləri iştirak ediblər. Magen David Azərbaycan – İnsan Hüquqlarının Müdafiəsi və Xeyriyyə Cəmiyyətinin sədri, Ümumi İsrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri David Seliverstov, Milli Məclisin deputatı, Azərbaycan-İsrail Parlamentlərarası İşçi Qrupunun rəhbəri Anatoliy Rafailov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Albert Aqarunovun qardaşı Rantik Aqarunov və digər natiqlər çıxış edərək Azərbaycanın qəhrəman övladları arasında Albert Aqarunovun xüsusi yeri olduğunu vurğulayıblar. Qeyd olunub ki, Albert Aqarunov yalnız bir tank komandiri kimi deyil, həm də vətənə sədaqətli, cəsarətli, xalqına bağlı bir şəxsiyyət kimi yaddaşlara həkk olunub. Çıxış edənlər bu qəhrəmanlığın unudulmamasının və yeni nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar.

Tədbir çərçivəsində Albert Aqarunova həsr olunmuş xüsusi videomaterial da nümayiş etdirilib.

Tədbirin ikinci hissəsində tanınmış incəsənət xadimlərinin iştirakı ilə bədii proqram təqdim olunub. İştirakçılar vətənpərvərlik və birlik ruhunda çıxışları böyük maraqla izləyiblər. Azərbaycan xalqının tolerantlıq, vətənpərvərlik və birgəyaşayış dəyərlərinin bir daha nümayiş olunduğu bu mərasim Albert Aqarunovun timsalında bütün şəhidlərimizin xatirəsinə olan dərin ehtiramın təzahürü kimi yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Aprel 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri