Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Milli Qəhrəmanın doğum günüdür

Milli Qəhrəmanın doğum günüdür

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Birinci Qarabağ müharibəsində Azərbaycanın mərd oğulları hər qarış torpaq uğrunda qeyrətlə vuruşdu, odlu səngərlərdə daşnaklara əl-qol açmağa imkan vermədi. Nəticədə keçmiş Şaumyankənd erməni quldurlarından azad olundu, düşmən ağır itkilərə məruz qaldı. Goranboy əməliyyatının həyata keçirilməsində Vətənin digər oğulları kimi, Yunis Əliyev də şəxsi igidlik göstərdi. Birinci Qarabağ savaşında şəhidlik zirvəsinə yüksəldi...

Yunis Əsgər oğlu Əliyev 9 oktyabr 1958-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində dünyaya göz açmışdır. 1973-cü ildə orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra təhsilini Dəliməmmədli şəhərindəki 102 saylı texniki peşə məktəbində davam etdirmişdir. Mexanizatorluq peşəsinə yiyələndikdən sonra Yunis valideynlərinin, yaxın qohumlarının xeyir-duası ilə ordu sıralarına yollanmışdır.

O, Tacikistanda hərbi xidmətdə olarkən komandanlıq tərəfindən tərifnamələrə layiq görülür, dəfələrlə valideynlərinə razılıq məktubu göndərilir. Yunis əsgəri borcunu yerinə yetirdikdən sonra bir neçə il Rusiya Federasiyasında yaşayır, bir müddət keçdikdən sonra isə doğma Vətənə qayıdır. Rayonda fəaliyyət göstərən Kərpic Zavodunda işə başlayır.

Yunis Əliyev erməni fitnəkarlarının törətdikləri vəhşiliklərə dözməyərək 1992-ci ildə Vətənin müdafiəsinə qalxanların cərgəsinə qoşulur. O, Goranboy rayonunda yaradılmış ikinci batalyonun tərkibinə yazılır. İlk sınaq döyüşü Ağdərə bölgəsində olur. Bu döyüş Aşağı Ağcakəndin geri alınmasından üç gün sonra baş verdi. Döyüşlərin birində Yunis ayağından ağır yaralanır. O, bir müddət Bakıda müalicə olunduqdan sonra yenidən cəbhəyə - odlu səngərlərə qayıdır. O, hər an düşməndən qisas almağa çalışırdı.

4 may 1992-ci il. Goranboy rayonunun Tapqaraqoyunlu kəndini mühafizə edən bölük Talış kəndində yerləşən faşist xislətli ermənilərin mövqelərini susdurmaq üçün "Yaltaxıl" adlı əməliyyat planı hazırlamışdı. Əməliyyat uğurla başa çatdırıldı. Bölük Talış kəndində möhkəmləndirilmiş düşmən mövqeyini ələ keçirdi. Bu əməliyyat erməni silahlı dəstələri üçün gözlənilməz olduğundan onlar döyüşçülərimizin hücumu qarşısında duruş gətirə bilməyib öz mövqelərini tərk etməyə məcbur oldular.

Ertəsi gün mayın 5-də ermənilərin qəfil hücumu nəticəsində döyüşçülərimiz əvvəlki mövqelərinə çəkilməli oldular. Həmin gün Yunis Əliyev erməni gülləsinə tuş gəldi. Yunisin və onun bir neçə döyüşçü dostunun cəsədi 43 gündən sonra Talış kəndi azad edildikdən sonra tapıldı. Yunis Əliyev 16 iyun 1992-ci ildə doğma kəndində - Qızılhacılıda dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə Əliyev Yunis Əsgər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Qızılhacılı kəndindəki 3 saylı uşaq bağçası qəhrəman döyüşçünün adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.

Müşfiq MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:29
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2026 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see732

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see696

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see695

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see520

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see508

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see488

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see418

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see370

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see361

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see360

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see353

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see349

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see342

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see341

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri