Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Elçin Mirzəbəyli: Azərbaycan diplomatiyasının yeni mərhələsi milli gücün institusional transformasiyasıdır

Elçin Mirzəbəyli: Azərbaycan diplomatiyasının yeni mərhələsi milli gücün institusional transformasiyasıdır

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Müasir beynəlxalq münasibətlər sistemində etimad və sabitlik anlayışları getdikcə daha nadir resursa çevrilir. Qlobal nizamın parçalanması, güc mərkəzləri arasında rəqabətin artması və beynəlxalq hüququn tətbiqi mexanizmlərinin sıradan çıxarılması fonunda bir çox dövlətlər xarici siyasətdə ya radikal tərəf tutmağa, ya da izolyasiyaya meyil edirlər. Azərbaycan isə bu qeyri-sabit mənzərədə özünəməxsus model formalaşdırıb: çoxvektorlu, lakin prinsipial siyasət, regional balans, qlobal iştirak və qarşılıqlı etimad diplomatiyası".

Bu fikirləri Oxu.Az-a açıqlamasında deputat, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli deyib.

O əlavə edib ki, Prezident İlham Əliyevin oktyabr ayı ərzində dörd fərqli coğrafiyada - Kopenhagen, Qəbələ, Düşənbə və Şarm əş-Şeyxdə iştirak etdiyi beynəlxalq sammitlər Azərbaycanın bu modelinin praktiki nümunəsidir:

"Qısa zaman kəsiyində bir dövlət başçısının bu qədər fərqli siyasi, mədəni və ideoloji müstəvili platformalarda bərabər səviyyədə qəbul edilməsi, ölkəmizin beynəlxalq nüfuzunun şərhə ehtiyacı olmayan göstəricisidir".

"İndi isə ayrı-ayrılıqda fərqli geosiyasi qütblərin yer aldığı istiqamətlər üzrə Azərbaycanın uğur diplomatiyasının coğrafiyasına nəzər salaq. Avropa Siyasi Birliyinin Sammiti Azərbaycan diplomatiyasının Qərb istiqamətindəki çevikliyini göstərir. Avropa üçün Bakı artıq sadəcə enerji resurslarının tədarükçüsü və tranzit ölkə deyil, həm də geosiyasi sabitliyin təminatçısıdır. Qitədə enerji təhlükəsizliyi, miqrasiya, postsovet məkanında sabitlik kimi məsələlərdə Azərbaycanın rolu reallığa çevrilib. Bu sammit çərçivəsində Makron və Şarl Mişel ilə aparılan dialoq həm Bakı-Brüssel münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu, həm də Fransa kimi skeptik aktorların belə Azərbaycanla əməkdaşlığa can atdığını göstərir", - deyə parlamentari vurğulayıb.

Millət vəkili Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdəki sammitinə də münasibət bildirib:

"Bu isə Azərbaycanın liderlik missiyasının regional ölçüsünü təsdiqləyir. Qəbələ sammiti yalnız siyasi zirvə deyil, həm də özündə konseptual mesaj daşıyan mühüm hadisədir. Türk dövlətlərinin inteqrasiyasında mərkəz Bakı, istiqamət isə müstəqil türk geosiyasətidir. Azərbaycan bu istiqamətdə həm iqtisadi güc, həm təhlükəsizlik təminatçısı, həm də mənəvi-mədəni birləşdirici rol oynayır. Prezident İlham Əliyevin türk dünyasını "vahid strateji mövqedən çıxış edən güc mərkəzinə" çevirmək çağırışı, XXI əsrdə yeni beynəlxalq identiklik modelinin əsasını qoyur".

"MDB Sammiti isə Azərbaycanın postsovet məkanında müstəqil siyasətini qoruyaraq, eyni zamanda dialoqa açıq və əməkdaşlıqyönümlü dövlət kimi davranmasının göstəricisidir. Düşənbə platformasında Azərbaycan balanslı şəkildə Rusiya, Belarus və Mərkəzi Asiya liderləri ilə əlaqələri dərinləşdirməklə yanaşı, "maraqların toqquşduğu deyil, kəsişdiyi məkan" kimi çıxış etdi. Bu, postsovet məkanında yeni siyasi yanaşmadır. Azərbaycan nə Moskvanın, nə də Qərbin orbitində deyil, öz orbitindədir və qlobal proseslərə milli maraqları çərçivəsindən yanaşır", - müsahibimiz əlavə edib.

E.Mirzəbəylinin sözlərinə görə, Şarm əş-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammiti də Azərbaycanın qlobal diplomatiyadakı çəkisinin real ölçüsünü göstərir:

"Bu, artıq regional və ya ideoloji deyil, sivilizasiyalararası platformadır. Azərbaycan burada həm müsəlman dünyası, həm Qərb, həm də İsrail ilə etibarlı tərəfdaşlıq missiyasını eyni anda yerinə yetirir. Bakı bu mühitdə diplomatik körpü yaradan dövlət kimi çıxış etməklə Yaxın Şərqdə sülh və təhlükəsizliyin dialoq əsaslı modelini təklif edir".

"Azərbaycanın diplomatik uğurunun əsas komponenti etimad kapitalıdır. Ölkə başçısının ardıcıl, prinsipial və balanslı siyasəti nəticəsində Azərbaycan artıq beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş statusuna sahibdir. Həm ABŞ, həm Avropa, həm ərəb dünyası, həm də Rusiya üçün Bakı sabitlik, praqmatizm və məsuliyyət simvoludur. Bu, təkcə diplomatik uğur deyil, həm də dövlət idarəetməsinin strateji keyfiyyət göstəricisidir. Azərbaycan diplomatiyasının bu yeni mərhələsi, əslində, milli gücün institusional transformasiyasıdır. 1990-cı illərin sonundan bəri formalaşan enerji diplomatiyası indi siyasi etimad diplomatiyasına çevrilib. Bu, İlham Əliyevin xarici siyasət fəlsəfəsində enerji resurslarından diplomatik resurslara, iqtisadi nüfuzdan siyasi etibara keçidin uğurlu inkişaf dinamikasını əks etdirən mühüm mərhələdir. Qlobal səviyyədə güc balansının dəyişdiyi bir vaxtda Azərbaycanın bu qədər fərqli tərəflərlə bərabərhüquqlu əməkdaşlıq qura bilməsi, həm də yeni beynəlxalq mədəniyyətin təzahürüdür. Bu mədəniyyətin əsas prinsipi müstəqil diplomatiya ilə dialoq mühiti yaratmaq məharətinin sintezidir. Azərbaycan özünün milli maraqlarına əsaslanan üçüncü bir yol formalaşdırıb. Nəticə etibarilə, Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində sadəcə sabit region ölkəsi deyil, qlobal qərarların formalaşmasında iştirakı arzuolunan dövlət statusundadır. Prezident İlham Əliyevin bir ay ərzində dörd müxtəlif siyasi məkan və ideoloji sistemdə qəbul olunması bu yeni reallığın ən bariz ifadəsidir. Azərbaycanın çoxvektorlu siyasəti qlobal xaos dövründə həm regional, həm də beynəlxalq səviyyədə sabitlik yaradan mühüm model kimi öyrənilməyə layiqdir. Bu modelin mahiyyəti sadə, lakin strateji cəhətdən dərin formulla - müstəqil siyasət, etimad diplomatiyası və qlobal iştirakçılıqla ifadə olunur", - deyə parlament üzvü fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see210

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see189

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see150

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see146

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see145

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see144

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see141

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see140

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see139

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see136

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see134

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see132

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see132

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see131

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri