Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Milli təhlükəsizliyi təhdid edən dezinformasiya dalğasında yeni “cəbhə”

Milli təhlükəsizliyi təhdid edən dezinformasiya dalğasında yeni “cəbhə”

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Son onilliklərə qədər dövlətlər üçün təhlükəsizlik anlayışı daha çox sərhədlərin toxunulmazlığı və hərbi-iqtisadi qüdrətin səviyyəsi ilə ifadə olunurdu. Lakin texnoloji tərəqqi ilə şərtlənən yeni inkişaf tendensiyaları ölkələrin ehtiyatlandığı potensial təhlükənin yalnız sərhəddən gəlmədiyi həqiqətini ortaya qoyub. Konkret deyilsə, artıq müasir dünyada informasiyanın seçilməsi, emalı və yayılması dövət siyasətinin mühüm prioritetləri sırasnda özünə möhkəm yer tutub.
O baxımdan, informasiya dövriyyəsinin formalaşdırılması və idarə olunması ilə yaradılan məlumat dalğasının təsiri təsəvvür edilən hüdudları asanlıqla aşır. Burada söhbətin informasiya vasitəsilə insanların şüuruna nüfuz cəhdindən getdiyini nəzərə alsaq, mənzərə kifayət qədər aydınlaşar. Yəni çağımızda informasiya özünün klassik anlamına qazandırdığı yeni və zəngin ştrixlərlə çox mühüm strateji resursa çevrilib. Belə bir şəraitdə informasiyanın düzgün idarə edilməsi ilə insanların davranışına, ictimai rəyə, hətta siyasi proseslərə təsir imkanı əldə etmək mümkündür. Məhz buna görə informasiya təhlükəsizliyi hazırda istənilən ölkənin milli təhlükəsizliyinin əsas elementlərindən biri sayılır.
Qeyd edilməlidir ki, informasiya vasitəsilə yaradılan təhdidlərin əsas xüsusiyyətlərindən biri onların çox vaxt “görünməz” olmalarıdır. Başqa sözlə, insanlar hər hansı bir şəraitdə ortaya çıxan fiziki təhdidləri fərq edə bildikləri halda, informasiya manipulyasiyasından vaxtında duyuq düşmək heç də asan olmur. Çünki haqqında danışılan bu informasiya basqısı birbaşa fiziki dağıntı ilə nəticələnmir. Bu hücum insanların qavrayışlarına, şüurlarına, eləcə də atacaqları addımlara təsir göstərir. Ona görə də saxta xəbərin bəzən cəmiyyətdə dərin təşviş yaratması, bunun davamı olaraq dövlət təsisatlarına etimadı zəiflətməsi və sosial gərginliyi artırması informasiya əsrində qətiyyən fantastik olmayan hallardandır. Bu, dövlətlərin öz aralarında aşkar və ya məxfi şəkildə apardıqları informasiya savaşının hesablanmış mümkün nəticələridir.
Yuxarıda vurğulandığı kimi, müasir informasiya müharibələrinin əsas məqsədi insanları çaşdırmaq, onlarda real vəziyyət haqqında yanlış təsəvvür yaratmaqdır. Cəmiyyətin savadlılıq dərəcəsi doğru və yalan informasiyanı ayırd etməyə imkan vermirsə, o zaman manipulyasiya mexsnizmi daha çevik işləyir. Belə olduqda isə dezinformasiya konveyerini hərəkətdə saxlayan qüvvələrin yaydıqları saxta məlumatlar əsasında ictimai rəyi yönləndirmələri üçün ciddi maneə qalmır. Dezinformasiya yayımında ən münbit platforma olan sosial şəbəkələr isə bu prosesin sürətini dəfələrlə artırır.
Eyni zamanda, informasiya təhlükəsizliyinin yalnız dövlət sirrlərinin qorunması ilə məhdudlaşdığını söyləmək doğru olmazdı. Çünki bu məfhum özlüyündə daha geniş məna kəsb edir. Buraya cəmiyyətin manipulyasiyadan mühafizəsi, etibarlı informasiya mühitinin formalaşdırılması və milli informasiya məkanında təhlükəsizliyin yüksək səviyyədə təmin olunması daxildir. Hər halda, təhlükəsiz informasiya mühitinin yaradılmadığı şəraitdə ictimai sabitlik üçün risklər də çoxalır.
Şübhəsiz, müharibə və siyasi böhran dövrlərində informasiya təhlükəsizliyinin aktuallığı müstəsna dərəcədə artır və bu, heç vaxt olmadığı qədər həssas məsələyə çevrilir. Təsadüfi deyil ki, müasir münaqişələrin gedişində informasiya təminatı artıq xüsusi cəbhə kimi nəzərdən keçirilir. Bu çərçivədə əsasən sosial mediada yayılan saxta görüntülər, təhrif edilmiş məlumatlar və psixoloji təsir məqsədi daşıyan kontentlər cəmiyyətin emosional vəziyyətinə təsirsiz ötüşmür. Belə materialların yayılmasında başlıca məqsəd xəbər dövriyyəsini sadəcə yanlış informasiya ilə doldurmaq yox, həm də insanlarda qorxu, sabaha ümidsizlik və çıxılmaz vəziyyət təəssüratı yaratmaqdır.
Bu savaşın özünəməxsus xüsusiyyətlərindən biri də informasiya müharibəsində gerçəyi əks etdirən xəbəri belə manipulyasiya vasitəsinə çevirmək imkanının mövcudluğudur. Dəqiq desək, bu halda doğru məlumat kontekstdən çıxarılır və mahiyyətinin əksinə təqdim olunur. İnformasiyanı düzgün dəyərləndirməkdə çətinlik çəkən kütlənin baş verən hadisəyə münasibətini dəyişmək üçün bu “priyom” yetərincə effektli alınır. Əslində, müasir dezinformasiyanın potensial təhlükəsi məhz belə xəbərlərin doğru məlumat təsiri bağışlamasıdır. Odur ki, insanların doğru informasiyaya çıxışı, cəmiyyətin manipulyasiyaya qarşı müqaviməti və informasiya mühitinin sağlamlığı milli təhlükəsizliyin əsas göstəricilərindən biri kimi qəbul edilir.
Bu məsələni çox ciddi çağırış kimi qiymətləndirən Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması dövlətin əsas prioritetləri sırasındadır:
“Həqiqətən də, müasir dövrdə informasiya təhlükəsizliyi artıq yalnız texnoloji yox, milli təhlükəsizlik məsələsinə çevrilmiş strateji istiqamətdir. Dünyada cərəyan edən müxtəlif proseslər informasiya məkanına nəzarət uğrunda mübarizənin şiddətləndiyini, bəzi hallarda informasiya hücumlarının ənənəvi təhlükələrdən daha ciddi nəticələrə yol açdığını göstərir.
Sosial şəbəkələrin və rəqəmsal platformaların sürətli inkişafı informasiya mühitinə yeni imkanlar gətirməklə yanaşı, ciddi risklər üçün zəmin də yaradıb. Təəssüf ki, bir çox hallarda saxta xəbərlər cəmiyyətlərdə çaşqınlıq yaratmağa, ictimai rəyə təsir göstərməyə və dövlətlərin daxili sabitliyini zəiflətməyə yönəlir. Xüsusilə müharibə və siyasi gərginlik dövrlərində informasiya təhlükəsizliyinin aktuallığı əhəmiyyətli dərəcədə artır.
Azərbaycan da uzun illər informasiya təzyiqləri və məqsədli qarayaxma kampaniyalarına məruz qalıb. Xüsusilə 44 günlük Vətən müharibəsinin gedişində informasiya müharibəsinin nə qədər ciddi faktor olduğu bir daha aydın şəkildə göründü. Həmin dövrdə Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya məkanında da əzmlə mübarizə aparırdı. Dövlətimizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması xüsusi əhəmiyyət daşıyırdı.
Məhz Prezident İlham Əliyevin qətiyyətli siyasəti və informasiya diplomatiyası bu sahədə uğur qazanılmasında mühüm rol oynadı. Cənab Prezident müharibə dövründə dünyanın aparıcı media orqanlarına verdiyi çoxsaylı müsahibələrlə Azərbaycanın mövqeyini yüksək peşəkarlıqla beynəlxalq auditoriyaya çatdırdı. Bu çıxışlar informasiya müharibəsində Azərbaycanın üstünlüyünü təmin edən əsas amillərdən biri oldu”.
Ceyhun Məmmədov informasiya təhlükəsizliyinin yalnız dövlət qurumlarının fəaliyyəti ilə deyil, həm də cəmiyyətin maarifləndirilməsi sayəsində təmin edilə biləcəyini vurğulayıb:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə informasiya təhlükəsizliyi sahəsində mühüm addımlar atılıb. Rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi, kibertəhlükəsizlik sistemlərinin gücləndirilməsi, dövlət informasiya resurslarının qorunması və media mühitinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu siyasətin əsas hissəsidir.
Eyni zamanda, media savadlılığının artırılması və cəmiyyətin dezinformasiyaya qarşı maarifləndirilməsi də mühüm məsələlərdəndir. Çünki informasiya təhlükəsizliyi yalnız dövlət qurumlarının fəaliyyəti ilə təmin olunmur. Bu sahədə vətəndaş məsuliyyəti, düzgün informasiya davranışı və media savadlılığı da xüsusi rol oynayır.
Bu gün hər bir insan informasiyanın həm istehlakçısı, həm də yayıcısıdır. Buna görə də sosial şəbəkələrdə yayılan məlumatlara məsuliyyətlə yanaşmaq, mənbələri yoxlamaq və dezinformasiyanın təsiri altına düşməmək olduqca vacibdir.
Azərbaycan dövləti informasiya təhlükəsizliyi sahəsində müasir çağırışları diqqətlə izləyir və bu istiqamətdə sistemli siyasət həyata keçirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər ölkəmizin milli informasiya məkanının qorunmasına, cəmiyyətin düzgün məlumatlandırılmasına və dövlətimizin milli maraqlarının müdafiəsinə xidmət edir”.

A.Zeynalov

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Dezinformasiya ilə mübarizənin təşviqi" layihəsi çərçivəsində hazırlanıb.

Məqalələrin məzmununda əks olunan fikirlərə görə “Jurnalist Araşdırmaları Mərkəzi” məsuliyyət daşıyır. Fikir və mülahizələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 İyun 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see585

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see495

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see448

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see319

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see305

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see298

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see290

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see277

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see261

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see253

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see243

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see229

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see226

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see204

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see199

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see199

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see197

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see183

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see182

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri