Icma.az
close
up
RU
“MİLLİ TƏHSİL VAQONU ARTIQ RELSDƏN ÇIXIB” “Təhsildə məmurlar lazım olandan artıq dərəcədə cavanlaşdırılıb”

“MİLLİ TƏHSİL VAQONU ARTIQ RELSDƏN ÇIXIB” “Təhsildə məmurlar lazım olandan artıq dərəcədə cavanlaşdırılıb”

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şahlar Əsgərov: “Təhsilin zəifləməsi xarici qüvvələrin yəni beşinci kalonun maraqları ilə üst-üstə düşür”

Hər il 700 bal toplayan abituriyentlərin sayı artmaq əvəzinə ya azalır, ya da stabil olaraq qalır. Məsələn, bu il IV ixtisas qrupu üzrə cəmi 2 nəfər 700 bal toplamağa nail olub. Bu isə haqlı olaraq belə bir sual doğurur ki, 700 bal toplamağa nə mane olur?

"AzPolitika"  xəbər verir ki, bunu təhsil eksperti Şahlar Əsgərov Azedu.az-a açıqlamasında bildirib. 

O qeyd edib ki, təhsil sistemində məmurlar lazım olandan artıq dərəcədə cavanlaşdırılıb: "Mənə görə, bu gün təhsilin acınacaqlı vəziyyətə düşməsinin bir çox əsaslı səbəbləri var. İlk növbədə hesab edirəm ki, milli təhsil vaqonu artıq relsdən çıxıbdır və irəliyə doğru hərəkət yoxdur. Təhsil sistemində qərar verənlər arasında pedaqoqlar deyil, daha çox iqtisadçılar və hüquqşünaslar üstünlük təşkil edir. Mən bu vəziyyəti belə izah edirəm: necə ki, xəstəxanada həkimlər yox, iqtisadçılar söz sahibi olarsa, orada vəziyyət ağırlaşar, eyni durum təhsil sahəsində də müşahidə olunur. Bu da ona görə baş verir ki, pedaqoqlar təbiətən ictimai mənafe daşıyıcılarıdır, iqtisadçılar və hüquqşünaslar isə şəxsi; burdan da çox qüsurlar törəyir".

"Digər bir vacib məqam isə milli təhsilin nə fəlsəfəsinin, nə də paradiqmasının olmasıdır. Mən sual edirəm: məktəbəqədər, məktəb və ali təhsil pillələrində sabit qalan fəaliyyət prinsipi hansıdır? Bundan əlavə, təhsil sistemində məmurlar lazım olandan artıq dərəcədə cavanlaşdırılıb və bu prosesdə ağsaqqal, təcrübəli müəllimlər imkan düşdükcə hörmətsizləşdirilir.

Mən həm də düşünürəm ki, təhsilin zəifləməsi xarici qüvvələrin yəni beşinci kalonun maraqları ilə üst-üstə düşür. XXI əsr artıq süni intellekt dövrüdür və belə bir zamanda təhsilə köhnə baxışla yanaşmaq olmaz. Təhsil sistemi gəncin ali məktəb oxuyub, sonra iş axtarıb, sonra da dünyasını dəyişməsi üçün bir yol olmamalıdır. Mən inanıram ki, hər doğulan uşaq dahidir və təhsil sistemi bu uşağın daxili potensialını üzə çıxarmağı bacarmalıdır…

Sonda isə onu qeyd etməliyəm ki, bəli, bəzi nazirlikləri tək əllə idarə etmək mümkündür və bu bəzən məqsədəuyğundur da. Amma mənə görə, təhsil və mədəniyyət nazirlikləri mütləq kollegial şəkildə idarə olunmalıdır. Çünki bu sahələr çox mürəkkəb sistemlərdir". – deyə, Əsgərov bildirib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Avqust 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri