“Millidəki qələbədən sonra yorğunluq hiss etmirəm” Rəhman Daşdəmirov
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Slaviya” ilə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisi jurnalistlərin suallarını cavablayıb:
- Komandada ab-hava necədir? İlk ev oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi sizdə həyəcan yaradır?
- Sabah bizi oyun gözləyir. İlk ev matçımıza çıxacağıq. Ümid edirəm ki, stadion dolacaq, azarkeşlərimiz bizi dəstəkləyəcək. Yaxşı nəticə qazanaraq xalqımızı sevindirməyə çalışacağıq. Oyuna yaxşı hazırlaşmışıq.
- Millidə üzərinizdə böyük təzyiq var idi. Həmin oyunlardan sonra yorğunluq hiss edirsiniz?
- Deməzdim ki, yorğunluq qalıb. Millidə qələbə qazandıqdan sonra heç bir yorğunluq hiss etmirəm. Ümid edirəm ki, sabah da qalib gələrik. Hər şey qaydasındadır.
- Bakı Olimpiya Stadionu daha böyük arenadır. Burada oynamaq əvəzinə, Tofiq Bəhramov adına Respublika Stadionunu seçmək daha yaxşı olmazdı?
- Məncə, burada azarkeş dəstəyi daha böyük olacaq. Bakı Olimpiya Stadionu bizə daha uyğun olar. Tofiq Bəhramov adına Respublika Stadionu Azərbaycan üçün tarixi arenadır. Amma Bakı Olimpiya Stadionunda daha çox azarkeş olsa, düşünürəm ki, bu, daha yaxşı olar.
- Meydançanın vəziyyəti necədir?
- Burada bir dəfə məşq etmişik. Stadionun ot örtüyü çox yaxşı vəziyyətdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 12 Oktyabr 2026 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















