Millimiz dünya çempionatında qalib gəldi və pley offa vəsiqə qazandı
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Bakıda minifutbol üzrə dünya çempionatı keçirilir.
QOL.az xəbər verir ki, bu gün turnirdə qrup mərhələsinin 3-cü turu start götürüb.
A qrupunda mübarizə aparan Azərbaycan millisi Mavritaniyanı qəbul edib. Görüş yığmamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra millimiz turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.
Bu qrupun digər oyununda Bəhreyn Sloveniya ilə qarşılaşıb. Oyun Bəhreynin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda bu qrupda Azərbaycan 7 xalla liderdir. 4 xalı olan Mavritaniya 2-cidir. Bəhreyn eyni xalla 3-cü, Sloveniya isə 1 xalla 4-cü yerdədir.
Millimiz daha əvvəl Bəhreynlə heç-heçə edib, Sloveniyaya isə qalib gəlib - 1:1, 4:0.
Dünya çempionatı, qrup mərhələsi
3-cü tur
25 may
A qrupu
14:00. Bəhreyn - Sloveniya - 4:1
19:30. Azərbaycan - Mavritaniya - 2:0
B qrupu
12:45. Özbəkistan - Çad - 3:0
22:00. Rumıniya - Fransa
C qrupu
16:30. Macarıstan - Ukrayna - 3:0
18:15. Türkiyə - İngiltərə - 0:3
D qrupu
15:15. Hindistan - Portuqaliya - 0:8
20:45. Slovakiya - Bolqarıstan - 0:1
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı iyunun 1-də başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 25 May 2025 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















