Millimiz FİFA reytinqində irəliləyib İdman və Biz
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Milli komandaların FİFA reytinqi açıqlanıb.
İdman.biz xəbər verir ki, cədvəldə dünyanın 210 yığması yer alıb.
Azərbaycan millisi 117-ci pillədə qərarlaşıb. Fernandu Santuşun yetirmələrinin 1158,70 xalı var.
Komandamız ötən cədvəllə müqayisədə 3,10 xal itirib. Buna Millətlər Liqasının qrup mərhələsinin son iki turundakı uğursuzluqlar səbəb olub. Evdə Estoniyanı məğlub edə bilməyən (0:0) millimiz İsveç səfərində 6 cavabsız qolla uduzub. Bu xal itkisinə baxmayaraq, bir pillə irəliləyib.
Qeyd edək ki, cədvələ Argentina millisi başçılıq edir - 1867,25 xal.
İdman.biz
Baxış sayı:64
Bu xəbər 28 Noyabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















