Icma.az
close
up
RU
Millimiz İspaniyaya uduzdu

Millimiz İspaniyaya uduzdu

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün badminton üzrə milli komandamız Bakı İdman Sarayında keçirilən qarışıq komandaların Avropa çempionatının qrup mərhələsində ikinci oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, 1-ci qrupda yer alan komandamız qrup mərhələsinin ikinci turunda İspaniya yığması ilə qarşılaşıb. 

Görüş ispanların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qarışıq qoşa kateqoriyasında Diki Pangestu - Keişa Fatimə Zəhra tandemi Ruben Qarsiya - Lusia Rodrigez qoşasına rəqib olub. Hər iki set İspaniya təmsilçilərinin üstünlüyü ilə başa çatıb - 18-21, 18-21. 
Kişilərin şəxsi yarışında Edi Reski Dviçayo təcrübəli Pablo Abian ilə dueldən qalib ayrılıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən 3 setin yekununda Edi 2:1 (21-18, 8-21,21-13) hesablı qələbə qazanıb.

Qadınların şəxsi mübarizəsində Keişa Fatimə Zəhra Klara Azurmendi ilə üz-üzə gəlib. İspaniya badmintonçusu hər  iki seti öndə başa vurub - 21-17, 21-14.
Kişilərin qoşa kateqoriyasında Edi Reski Dviçayo - Diki Pangestu qoşası İspaniya təmsilçiləri Ruben Qarsiya və Rodriqo Sanjurjo üzərində inamlı qələbə qazanıb - 21-9, 21-14)
Qadınların qoşa kateqoriyasında Leyla Camalzadə - Həcər Nuriyeva tandemi Nikol Karulla - Lusia Rodrigez ikilisinə 0:2 (8-21, 4-21) hesabı ilə məğlub olub.

İlk turda İngiltərə seçmə kollektivinə 2:3 hesabı ilə uduzan millimiz qrupda son oyununu sabah son Avropa çempionu Danimarka yığmasına qarşı keçirəcək. Bakı İdman Sarayında keçiriləcək oyun saat 10:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://fanat.az
archiveBu xəbər 13 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri