Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Millimizin keçmiş voleybolçusu: Ən böyük arzum futbolçu olmaq idi MÜSAHİBƏ

Millimizin keçmiş voleybolçusu: Ən böyük arzum futbolçu olmaq idi MÜSAHİBƏ

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin keçmiş üzvü Natəvan Qasımova (Afşar) AZƏRTAC-a müsahibə verib.

İdman.biz xəbər verir ki, hazırda Türkiyədə yaşayan veteran idmançı karyerası, şəxsi həyatı və digər məsələlər barədə danışıb.

- Voleybol üçün darıxırsınız?

- Əlbəttə, insanın ən sevdiyi peşəsi ücün darıxmaması mümkün deyil. Amma həyat yoldaşım voleybol üzrə menecerdir. Yəni, o qədər voleybolun, idmanın içindəyəm ki, oynamış qədər oluram (gülür).

- Niyə karyeranızı daha erkən bitirmək qərarına gəldiniz?

- Əslində 2-3 il daha oynaya bilərdim, amma ayağımda və belimdə ağrıların şiddətlənməsi müalicə almağıma səbəb oldu. Daha sonra isə ana olmaq istədiyim üçün karyeramı başa vurmağı qərara aldım.

- Karyerasını bitirən idmançıların bir çoxu sonradan məşqçi kimi fəaliyyət göstərir. Maraqlıdır, siz niyə belə bir addım atmadınız?

- Məşqçi kimi çalışmaq fikrim yoxdur. Bəlkə uşaqlar balaca olduğu üçün bu barədə düşünmürəm. Qarşıda nələrin olacağını isə bilmək olmaz.

- Ailə qurduqdan sonra sanki voleyboldan uzaqlaşmağa başladınız. Ən sevdiyiniz idman növündən uzaqlaşmaq sizə necə təsir etdi?

- Əksinə, hazırda özümü idmanın içində hiss edirəm. Həyat yoldaşım Tunc Afşar qadın voleybolunda menecerlik edir. Demək olar ki, evimizdə 24 saat voleybol söhbətləri gedir. Bu səbəbdən sevdiyim peşəmdən uzaqlaşmaq mümkün deyil.

- Uzun müddətdir, Tunc Afşarla evlisiniz. Onunla necə tanış olmusunuz?

-Yoldaşımla türkiyəli məşqçi Adnan Kıstak sayəsində tanış olduq. O zamanlar Tunc "Bakı" komandasında işləyirdi. Adnan Kıstak isə "Azəryol"a rəhbərlik edirdi. Onlar tez-tez görüşürdülər. Məni də ilk dəfə Azərbaycan Voleybol Federasiyasının binasında görmüşdü. Həmin gündən bərabərik. Çox şükür, hər şey ürəyimcədir. Həyat sürprizlarlə doludur ( gülür).

- Nə vaxtsa məşqçi və ya menecer kimi işləmək təklifi almısınız?

- Xeyr, elə bir təklif almamışam. Onu nə vaxtsa özüm istəsəm, reallaşdıra bilərəm. Hələlik bu baradə düşünmürəm.

- Karyeranıza hücumçu kimi başlasanız da, sonradan toppaylayıcı mövqeyində oynadınız. Seçiminizin karyeranıza hansı müsbət və mənfi təsirləri oldu?

- Düzdür, hücümçu olaraq başlamışdım və bu mövqedə oynamaqdan çox böyük zövq alırdım. Lakin Faiq Qarayev mənə “səni artıq toppaylayıcı kimi yetişdirmək istəyirik” deyəndə xəyal qırıqlığı yaşamışdım. Çünki ötürmə etməyi heç sevmirdim. Hətta bir neçə ay məşqlərdən sonra ağlayırdım. Amma sonradan nə qədər vacib, keyfiyyətli mövqe olduğunu anladım. Toppaylayıcı oyunu qurur, hər şey onun ötürməsindən asılı olur. Komanda yoldaşlarını sən oynadırsan. İndi düşünürəm ki, yaxşı ki bu mövqenin oyunçusu olmuşam.

- Voleybol oynadığınız dönəmdə sizi oyun tərzinə görə məşhur italiyalı toppaylayıcı La Biankoya bənzədirdilər. Bəs, Natəvan Qasımova özünü kimi oxşadırdı və voleybolda kumiriniz kim olub?

- Düzünü desəm, yanımda Oksana Parxomenko kimi usta bir toppaylayıcı olduğu üçün heç kimi örnək almırdım. La Biankoya bənzədə bilərlər. Mən isə hər zaman Oksanadan nəsə öyrənməyə çalışırdım. İkimizin də oyun tərzi fərqli idi, amma fikrimcə, Oksana kimi toppaylayıcı bir daha çox çətin yetişər. Çünki həddindən artıq çox iş görürdü.

- Karyeranız ərzində ən yaddaqalan oyununuz hansı olub?

- Ən yaddaqalan oyunum millidəki son illərimə təsadüf edir. Avropa çempionatında Serbiya seçməsinə 2:1 hesabı ilə qalib gəlirdik, lakin rəqib geridönüş edərək, yığmamızı məğlub etdi - 3:2. Həmin matçı düşündüyüm zaman çox məyus oluram.

- Azərbaycan voleybolunda son illər durğunluq baş verdi. Nəticələr ürəkaçan olmadı. Bunun səbəbini nədə görürsünüz?

- Faiq Qarayev ölkə voleybolunun başında olduğu müddətdə Azərbaycanda bu idman növü hər zaman olacaq. Bir vaxtlar dünyanın ən güclü oyunçuları bizim liqada çıxış edirdilər. Sonradan müəyyən çətinliklər yarandı. İnanıram ki, Azərbaycan voleybolu gələcəkdə dünya və Avropa arenasında yenidən adından söz etdirəcək.

- Sizcə, ölkə voleybolunu əvvəlki səviyyəsinə qaytarmaq üçün hansı işlər görülməlidir?

- Dediyim kimi, əvvəlcə güclü komandalar formalaşdırmaq üçün böyük maliyyə vəsaiti lazımdır. Belə olan halda nəticələr də gələcək.

- Tez-tez futbolla bağlı paylaşımlar edirsiniz. Bu idman növünə olan sevginiz necə yaranıb?

- Futbola olan sevgim tam başqadır. Uşaqlığım futbol oynamaqla keçib. Atam bu idman növünün azarkeşidir. Onunla çox oyunu izləyirdik. Həmin dövrdə Türkiyənin "Fənərbağça" komandasına azarkeş edirdim. Ən böyük arzum futbolçu olmaq idi. Lakin bu, mümkün deyildi. Çünki doğulduğum Naxçıvanda qadın futbolu yox idi. Düşünürəm ki, valideynlərim də buna razı olmazdılar. Ailəmlə “Araz-Naxçıvan”ın matçlarına gedirdik. Hətta indi “Qarabağ”ın da oyunlarını izləyirəm. Onlar Azərbaycanı Avropada çox yaxşı təmsil edirlər.

- Uşaqlıqda “Fənərbağça”nın oyunlarını izlədiyinizi desəniz də, indi “Qalatasaray”la bağlı paylaşımlar edirsiniz...

- Sonradan "Qalatasaray" azarkeşi olmağımın səbəbi həyat yoldaşımla bağlıdır. O, "cim-bom"a fanatlıq edir. Əvvəllər dəlicəsinə futbol azarkeşi deyildim. Lakin uşaqlar sayəsində dəyişdim. Çünki onlar "Qalatasaray"ı çox sevirlər.

- Dünya futbolunda bəyəndiyiniz futbolçu varmı?

- Ronaldinyo, Xavi, Xabi Alonso və təbii ki, Kriştianu Ronaldu. Türkiyədə isə “Qalatasaray”ın futbolçusu Yunus Akgünü bəyənirəm.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Mart 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see287

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see208

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see177

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri