Millimizin üzvü “Sabah”la müqavilə uzatdı “Sumqayıt”a gedir
Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Sabah”ın futbolçusu Rauf Rüstəmli klubu ilə müqaviləsini uzadıb. “Bayquşlar”la sözləşmə yeniləyən oyunçu komandadan ayrılacaq.
O, “Sumqayıt”a keçməyə yaxındır. Tərəflər arasında bir müddətdir danışıqlar gedirdi. Artıq razılığın əldə olduğu bildirilir.
Yarımmüdafiəçi “Sabah”la müqavilə uzadıb icarə əsasında Sumqayıt klubunda forma geyinəcək.
Millimizin üzvü “Şamaxı” və “Karvan”ın da maraq dairəsində idi. Ancaq yarımmüdafiəçi növbəti mövsümü “kimyaçılar”da çıxış etməyə qərar verib. Son anda bir problem çıxmasa, keçid bu yaxınlarda rəsmən açıqlanacaq.
Xatırladaq ki, 22 yaşlı oyunçu ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirib və 31 matçda forma geyinib.
Həsən Quluzadə / İdmanxeber.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 09 İyul 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















