Millinin çalışdırıcısı: “Ən ağır iş məşqçilərə düşür”
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov “Sabahın Ulduzları” turniri barədə fikirlərini bildirib.
İdman.Biz xəbər verir ki, o, bu layihənin uşaq, yeniyetmə, gənclər futbolunda vacib olduğunu deyib:
“Yeniyetmə futbolçuların turnirlərdə çıxış etməsi çox vacibdir. “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb. Bu tip yarışların təkcə Bakıda deyil, bölgələrdə də mümkün qədər çox təşkili Azərbaycan futbolunun yalnız xeyrinə olar. Belədə millilərin məşqçiləri də oradan çıxan istedadları görər, gələcəkdə onların peşəkarlaşmalarına çox kömək edərlər.
Valideynlər də övladlarında istedad görürlərsə, onlara inansınlar, arxalarında dursunlar. Çünki futbolçu olmaq üçün bir çox mərhələlərdən keçməlisən. Bu çətinlikləri asanlaşdırmaq baxımından valideyn dəstəyi çox vacibdir.
Burada ən ağır iş məşqçilərə düşür. Akademiyalardakı məşqçilər futbolumuzun bünövrəsini qoyanlardır. Gənc futbolçuların yetişməsində həmin məşqçilərin əməyi böyükdür. Futbolumuz inkişaf etdikdə onlar da artırmalıdırlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 14 Avqust 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















