Millinin çalışdırıcısı ilə bağlı yekun qərarın veriləcəyi gün dəqiqləşdi
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Belçika yığmasının baş məşqçisi Domeniko Tedeskonun taleyinə sabah aydınlıq gələcək.
Fanat.Az xəbər verir ki, məlumatı "RMC Sport" yayıb.
Mənbənin məlumatına görə, Belçika Kral Futbol Assosiasiyasının (RBFA) idarə heyətinin sabahkı iclasında çalışdırıcının gələcək taleyi müzakirə olunacaq. Şura üzvlərinin Tedesko ilə əməkdaşlıqla bağlı yekun qərar verməsi gözlənilir.
Onun postundan uzaqlaşdırılacağı gözlənilir. Mənbə Belçika millisinin soyunub-geyinmə otağında hər kəsin “baş məşqçidən tamamilə üz çevirdiyini” vurğulayıb.
Tedesko 2023-cü ilin fevralından Belçika yığmasına rəhbərlik edir. Onun rəhbərliyi altında komanda AÇ-2024-ün 1/8 finalına çıxıb və Millətlər Liqasının qrupunda 3-cü yeri tutub. Son 8 qarşılaşmada belçikalılar yalnız bir qələbə qazanıblar.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 27 Noyabr 2024 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















