Icma.az
close
up
RU
Millinin yeni baş məşqçisi kim olacaq? Ehtimal namizədlər

Millinin yeni baş məşqçisi kim olacaq? Ehtimal namizədlər

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, AFFA futbol üzrə Azərbaycan millisinin uğursuz nəticələrindən sonra yığmanın baş məşqçisi Fernandu Santuşla yolları ayırıb. Milli komanda müvəqqəti olaraq U-21-in çalışdırıcısı Ayxan Abbasova həvalə edilib.

“Qafqazinfo”nun məlumatına görə, bu məqamda seçmə komandanın yeni baş məşqçisinin kim olacağına dair suallar yaranır.

Nəzərə alaq ki, son illərdə millinin “sükanı arxası”na gətirilən əcnəbi məşqçilər heç biri effektiv nəticə verməyib. Onların vaxtından əvvəl işinə xitam verilməsi isə AFFA-nın yüksək məbləğdə təzminat ödəməsi ilə nəticələnib.

Qeyd etdiyimiz hər iki məqam futbol ictimaiyyətində və azarkeşlər arasında narazılıq yaratdığından, bu dəfə yığmanın yerli mütəxəssisə tapşırılacağı gözlənilir. Bu addım eyni zamanda, AFFA rəhbərliyinə qarşı yönələn təzyiqləri bir qədər yumşalda bilər.

Bəs, bu məqamda ön plana hansı yerli məşqçi çıxır? 

Azarkeşlər arasında ən çox adı çəkilən və arzuolunan şəxs millinin sabiq kapitanı, yığmada 100-dən çox oyun keçirən və hazırda “Zirə”ni çalışdıran Rəşad Sadıqovdur.

2018-ci ildə U-21 millisini də çalışdıran 43 yaşlı mütəxəssis “Zirə”nin  “sükanı arxası”nda 201 oyun keçirib.

2020-ci ilin yayından “qartallar”a rəhbərlik edən Sadıqovun baş məşqçiliyi dövründə qəsəbə klubu Premyer Liqada 167, Azərbaycan kubokunda 22, avrokuboklarda 12 matç keçirib. Onun komandası bu qarşılaşmalarda 92 qələbə qazanıb, 57 heç-heçə edib və 52 dəfə meydandan xalsız ayrılıb. 

“Neftçi”, “Sabah” kimi böyük büdcəyə sahib olmasa da, “Zirə” Premyer Liqada son iki mövsümü “Qarabağ”ın ardından ikinci pillədə başa vuraraq gümüş medallara sahib çıxıb, avrokuboklara vəsiqə qazanıb. Onun uzun illər “Qarabağ”ın kapitanı kimi Qurban Qurbanovla çiyin-çiyinə çalışması Sadıqovun məşqçi karyerasına müsbət təsirini göstərdiyi bildirilir.

Milli ilə adı çəkilən növbəti məşqçi Ayxan Abbasovdur.

44 yaşlı mütəxəssis bu ilin martında Azərbaycanın U-21 millisinin baş məşqçisi təyin edilib. Eyni zamanda “Şamaxı”nın da baş məşqçisi olan Abbasov U-21-lə 5 matça çıxıb və 1 qələbə qazanıb. 

O daha öncə “Zirə”, “Sumqayıt” və “Turan Tovuz”un baş məşqçisi kimi də çalışıb. Yeri gəlmişkən, “Zirə” 4 dəfə avrokuboklara vəsiqə qazanıb, bunlardan biri Ayxan Abbasovun, üçü isə Rəşad Sadıqovun adı ilə bağlıdır. 

Ayxan Abbasov “Zirə”dən sonra 2020-ci ildə “Sumqayıt”la avrokuboklara vəsiqə qazanıb. Bu, “gənclər şəhəri” təmsilçisinin beynəlxalq arenada debütü olub. “Kimyaçılar” debüt matçında Şimali Makedoniyanın “Şkendiya” klubuna uduzaraq Avroliqada mübarizəni ilk mərhələdə dayandırıb.

Onun rəhbərliyi ilə “Şamaxı” ötən mövsüm 7-ci olub. 2022-ci ildə isə “Turan Tovuz”la anlaşan baş məşqçinin buradakı işi iki il çəkib. O, ötən il uğursuz çıxışına görə Tovuz təmsilçisindən göndərilmişdi.

AFFA bu dəfə milliyə yerli baş məşqçi gətirmək barədə düşünsə, ehtimallar arasında “Neftçi”nin çalışdırıcısı Samir Abasov da var. Lakin onun hazırda Bakı təmsilçisi ilə uğursuz çıxış etməsi 47 yaşlı məşqçinin şansını xeyli azaldır.

Son olaraq “Kəpəz”in baş məşqçisi olmuş Azər Bağırov bu ilin martında istefa verib. Onun da adı ehtimallar arasında olsa da, şansı yüksək dəyərləndirilmir. Azər Bağırov “Qəbələ”, “Keşlə”, “Araz Naxçıvan” kimi klublarda çalışıb.   

Azarkeşlər arasında hazırda işsiz məşqçilərdən olan Tərlan Əhmədovun da adını çəkənlər var. Onun da son iş yeri 2023-cü ildə “Kəpəz” olub. Bundan başqa, “Neftçi” və “Keşlə”də də baş məşqçi kimi fəaliyyət göstərib. Tərlan Əhmədovun yaşadığı ən böyük problemlərdən biri ona klub rəhbərliyi tərəfindən sona qədər etimad göstərilməməsi olub.

Qeyd edək ki, Arif Əsədovun müvəqqəti baş məşqçi kimi fəaliyyət göstərməsini nəzərə almasaq, Qurban Qurbanovdan sonra millinin son üç məşqçisi əcnəbi olub - Nikola Yurçeviç, Canni de Byazi və Fernandu Santuş. 

Yurçeviç millidə çalışdığı 10 ay müddətində yığmanı 10 matça çıxarıb, 1 qələbə qazanıb, 7 dəfə məğlubiyyətlə üzləşib, 2 dəfə heç-heçə edib. De Byazi isə 40 ay müddətində 10 qələbəyə sevinib, 21 məğlubiyyət görüb, 8 heç-heçə nail olub. Santuş isə ən uğursuz məşqçi adlandırsaq yanılmarıq - 0 qələbə, 9 məğlubiyyət, 2 heç-heçə.

Emin Səfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 03:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see839

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see339

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see318

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see304

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see286

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see204

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see198

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see195

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see194

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see193

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see192

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see192

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see191

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see185

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see185

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see175

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see172

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see166

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see166

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri