Icma.az
close
up
RU
“Milliyə qayıtmaq üçün üzərimdə ciddi şəkildə işləyirəm” (MÜSAHİBƏ)

“Milliyə qayıtmaq üçün üzərimdə ciddi şəkildə işləyirəm” (MÜSAHİBƏ)

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“İmişli”nin futbolçusu Azər Salahlının “Futbolpress.az“a müsahibəsi:

– Dövrəni necə dəyərləndirirsiniz?
– İlk dövrə bizim üçün yaxşı keçdi. Ancaq bəzi görüşlərdə daha diqqətli olsaydıq, yəqin ki, daha yaxşı nəticə əldə edə bilərdik.

– “Neftçi” səfərində qazanılan qələbədən sonra xallar itirdiniz. Komanda eyforiyaya qapıldı?
– Eyforiya deməzdim, çünki “Neftçi”dən sonra keçirdiyimiz növbəti iki qarşılaşma “Sabah”a qarşı idi, həm kubok, həm də çempionat çərçivəsində. “Sabah” bu mövsüm çempionluğa namizəd olan komandalardandır. Onların nəticələri, çıxışı gözl qabağındadır. Buna baxmayaraq, onlara qarşı da pis oynamadıq, ancaq istədiyimiz nəticəni əldə edə bilməmişdik.

– 16 tura 17 xal toplamısınız. Gözləntilər aşağı olsa da, qənaətbəxş nəticədir. Təzyiqin olmaması hansısa üstünlük qazandırdı?
– 20 xal deyərdim. “Sumqayıt”a qalib gəldiyimiz oyun var idi, amma protokol səhvinə görə texniki məğlubiyyət yaşadıq. Mövsümün əvvəlində hər birimiz prosesin necə olacağını təxmin edirdik. Hazırda istəkli, xarakterli və daim inkişaf etməyə çalışan bir komandamız var. Oyundan oyuna əldə olunan uğurlu nəticələr isə inamımızı daha da artırdı.

– Start heyətdə meydana çıxan yeganə yerli oyunçusan. Limitin ləğvinin müsbət və mənfi təsirləri nədir?
– Düşünürəm ki, limitin ləğvinin bir çox yerli futbolçuların oyun şansı qazanmasına müəyyən çətinliklər yaradır. Ancaq müsbət məqam da var ki, çempionatın səviyyəsi artıb, artıq heç bir görüş asan keçmir. Bütün komandalar bir-birindən xal ala bilir.

– Premyer Liqada geridə qalan dönəmdə ən çətin oyun hansını qeyd edərdin?
– Fərqləndirmək istəmirəm. Bütün görüşlər gərgin keçdi. Çempionatda bizim üçün qazanılan hər bir xal böyük əhəmiyyət daşıyır.

– Martda yığmanın toplanışı olacaq. Stabil oynadığını nəzərə alsaq, dəvət gözləyəcəksən?
– Milli komandadan hər zaman dəvət gözləyirəm və bunun üçün özümü daim yüksək formada saxlamağa çalışıram. Milliyə qayıtmaq üçün üzərimdə ciddi şəkildə işləyirəm.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 Dekabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri