Milyardlarla avroluq Rusiya vəsaiti Ukrayna fonduna axır: Euroclear dan şok hesabat
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Beynəlxalq depozitari "Euroclear" 2026-cı ilin əvvəlində dondurulmuş Rusiya aktivlərindən əldə olunan 1,4 milyard avro məbləğində faiz gəlirini rəsmən Ukrayna üçün yaradılmış xüsusi fona köçürəcək.
Şirkətin dərc etdiyi illik maliyyə hesabatına görə, 2025-ci ilin yekunları üzrə dondurulmuş Rusiya aktivlərinin investisiya edilməsindən cəmi 5 milyard avro mənfəət əldə edilib. Maraqlıdır ki, bu göstərici əvvəlki illə müqayisədə 26% azalma deməkdir.
"Euroclear" mənfəətin azalmasını qlobal bazarlarda faiz dərəcələrinin aşağı düşməsi ilə əlaqələndirir. Müqayisə üçün qeyd edək ki, sözügedən aktivlərdən 2024-cü ildə 6,9 milyard avro, 2023-cü ildə 4,4 milyard avro, müharibənin başladığı 2022-ci ildə isə cəmi 821 milyon avro gəlir əldə olunmuşdu.
Mənfəətin bir hissəsinin Ukraynaya köçürülməsi qərarı Avropa İttifaqının tətbiq etdiyi xüsusi mexanizm çərçivəsində həyata keçirilir və bu addım Kremlin kəskin etirazı ilə qarşılanır. Ekspertlər bu maliyyə köçürməsini Rusiyanın dondurulmuş pullarının "müharibə təzminatı" kimi istifadə edilməsi istiqamətində növbəti həlledici addım kimi dəyərləndirirlər./musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 04 Fevral 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















