Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Füzuli və Cəbrayıla səfəri başlayıb FOTO
Icma.az bildirir, Azertag portalına istinadən.
Cəbrayıl, 24 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun üzvlərinin Füzuli və Cəbrayıla səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər.
İşçi qrupun üzvləri səfər çərçivəsində Füzuli rayonunun Horadiz kəndində ANAMA tərəfindən həyata keçirilən minatəmizləmə fəaliyyəti ilə tanış olacaq, aşkar olunan minaların zərərsizləşdirilməsi prosesini izləyəcəklər. Həmçinin Cəbrayıl rayonunun Horovlu kəndində minatəmizləmə fəaliyyətinə cəlb olunan yerli şirkət tərəfindən həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti ilə tanışlıq və brifinq nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 24 Sentyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















