Mingəçevir reqatası 2026 : İkinci mərhələ start götürür
Icma.az, Fanat saytına istinadən bildirir.
Ənənəvi “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində bu gün ikinci yarış günü start götürür.
Fanat.Az xəbər verir ki, ötən gün Füzulidə - Köndələnçayda başlayan reqatanın ikinci mərhələsi Mingəçevirin "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.
İdmançılar bu gün və sabah bütün növlər, o cümlədən məsafələr üzrə yarışacaqlar.
Azərbaycan idmançıları ilk mərhələdə 4 medal qazanıblar. 200 metr məsafəyə 1 nəfərlik kayak və kanoe yarışlarında Əlimurad Hacızadə birinci, Nuran Rəhimli (hər ikisi 2008/2009) ikinci, Hüseyn Səmədli (2008/2009) və Elmir Tarverdiyev (2010/2011) isə üçüncü pilləni tutublar.
Qeyd edək ki, oktyabrın 1-də yekunlaşacaq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 30 Sentyabr 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















