Mingəçevirdə qaz olmayacaq
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mingəçevir şəhərində payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bir sıra ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq.
Milli.Az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, iyunun 23-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək şəhərin "AzDRES" və Yeni Həyat yaşayış məntəqələrinin, Tərəvəzçilik sovxozunun, eləcə də Naxçıvan, Muğan, Borçalı, A.Şaiq, Y.Mansurov, C.Əliyev, F.Əzimov, M.Mahmudov və Natəvan küçələrinin qaz təchizatı dayandırılacaq.
Bildirilib ki, məhdudiyyət qaz təsərrüfatında aparılan planlı hazırlıq və təmir işləri ilə əlaqədardır. İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:50
Bu xəbər 19 İyun 2026 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















