Icma.az
close
up
RU
Minimum əməkhaqqı və pensiyalar nə qədər artırılacaq? MƏBLƏĞ AÇIQLANDI Yeni Çağ Media

Minimum əməkhaqqı və pensiyalar nə qədər artırılacaq? MƏBLƏĞ AÇIQLANDI Yeni Çağ Media

Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti ildə həyata keçiriləcək yeni sosial paket çərçivəsində minimum əməkhaqqı və pensiyalar artırılacaq. Onun sözlərinə görə, bununla bağlı təkliflər hazırlanıb, müvafiq olaraq dövlət büdcəsində nəzərə alınıb. Nazir deyib ki, dövlət büdcəsinin yekunundan sonra bu barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, hazırda Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 345, minimum pensiya məbləği isə 280 manat müəyyən edilib. Maraqlıdır, ölkədəki iqtisadi vəziyyəti, bazar şərtlərini, istehlak xərclərini və digər reallıqları nəzərə alsaq, minimum əməkhaqqı və minimum pensiya məbləği nə qədər olmalıdır?

Yenicag.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, minimum əməkhaqqı və təqaüdlərdə cəmi 10 faizlik artım olacağı gözlənilir. İqtisadçının sözlərinə görə, Azərbaycanda bu sahədə daha böyük artım olması üçün yaşayış minimumu, minimum istehlak zənbili, bunların hesablanma qaydaları dəyişməlidir: “Bu məbləğ nə qədər olmalıdır sualı bir az mücərrəddir. Təbii ki, biz hamımız istəyərik ki, çox olsun, həddindən artıq yüksək sürətlə artsın. Amma reallıq ondan ibarətdir ki, bu il 10 faiz civarında artım olacaq. Yəni, minimum əməkhaqqında da, təqaüdlərdə də 10 faizlik artım gözlənilir. Bu ondan irəli gəlir ki, bizdə yaşayış minimumu, minimum istehlak zənbili, bunların hesablama qaydaları doğru deyil. Ona görə də o parametrlər dəyişməlidir ki, minimum əməkhaqqı və təqaüd hesablanma qaydaları da dəyişsin”.

İqtisadçı-ekspert Eldəniz Əmirov isə Medianews.az-a bildirib ki, istər minimum əməkhaqqı, istərsə də minimum pensiyanın məbləği adətən inkişaf etmiş, iqtisadi cəhətdən hər hansı problemi olmayan, iqtisadi vəziyyəti qənaətbəxş ölkələrdə, real iqtisadi vəziyyətə, bazar şərtlərinə, o cümlədən də insanların sosial rifah səviyyəsinə uyğun şəkildə müəyyən edilir, bu barədə müvafiq qərarlar qəbul olunur. Onun sözlərinə görə, Azərbaycanda da minimum əməkhaqqı və pensiya əhalinin yaşam standartlarını yaxşılaşdırmaq, yoxsulluğu aradan qaldırmaq və sosial bərabərliyi təmin etmək üçün bir vasitə olaraq istifadə edilməkdədir: “Növbəti ilin yanvarın 1-dən minimum əməkhaqqının artırılması, eyni zamanda minimum pensiya məbləğinin artırılması gözlənilir. O ki, qaldı bunun hansı həddə müəyyən edilməsi, təbii ki, bu hədlər əhalinin istehlak xərcləri, inflyasiya, bazarın mövcud vəziyyəti və digər istiqamətlər əsasında formalaşır. Nəzərə alsaq ki, 2023-cü ilin yanarın 1-dən minimum əməkhaqqı 300 manatdan 345 manata qaldırılıb. Artıq 2025-ci ildən yeni səviyyənin müəyyən edilməsinə ehtiyac var. Onun həddi ilə bağlı hansısa rəsmi açıqlama verilməmişdir. Sadəcə mövcud şərtləri nəzərə alsaq, ehtimal edirəm ki, minimum əməkhaqqı ən azı 16 faiz artırılaraq, 400 manata çatdırılacaqdır. Hazırki bazar şərtləri daxilində əməkhaqqının ən azı 400 manata çatdırılmasına ehtiyac var, bu, bir zərurətdir. Minimum pensiya məbləğinin artımı isə adətən özündən əvvəlki ilin  orta aylıq əməkhaqqının artım səviyyəsi ilə indeksasiya edilir. Yəni 2024-cü ildə orta əməkhaqqı nə qədər artacaqsa, 2025-ci ilin yanvarın 1-dən minimum pensiyanın həddi də həmin səviyyədə artırılacaqdır”.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 15 Noyabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see233

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see149

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see140

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see128

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see121

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri