Icma.az
close
up
RU
Minlərlə sərnişin üçün TƏHLÜKƏ Xırdalan stansiyasının riskli pilləkənləri nə vaxt YENİLƏNƏCƏK? FOTO

Minlərlə sərnişin üçün TƏHLÜKƏ Xırdalan stansiyasının riskli pilləkənləri nə vaxt YENİLƏNƏCƏK? FOTO

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Azərbaycan Dəmir Yolları (ADY) son illərdə infrastrukturun yenilənməsi  istiqamətində bir sıra mühüm addımlar atsa da, bəzi köhnə tikililər bu prosesin tempinə uyğunlaşa bilmir. ADY-nin əsas qovşaqlarından biri olan Xırdalan dəmiryolu stansiyası xüsusi diqqət tələb edən məkanlardan biridir. Belə ki sərnişin axınının artması, şəhərətrafı nəqliyyatda dəmir yolunun əhəmiyyətinin yüksəlməsi Xırdalan stansiyasının mövcud problemlərini gündəmə gətirir. Hazırda ən çox sərnişin qəbul edən Xırdalan stansiyasının yeni, səliqəli platformasına uyğun gəlməyən köhnə, həm də müasir texniki və təhlükəsizlik standartlarına cavab verməyən pilləkənləri var.
Sovet dövründən qalma köhnə, açıq aralıqlı, çox dik taxta pilləkənlər səhər-axşam yüzlərlə sərnişinin ayaqları altında “inildəyir”. Özü də əziyyət çəkir, camaat da... Hələ yağış yağdı, qar düşdü – sərnişinlər məhəccərlərdən tutmaq üstündə itələşirlər ki, dolanışıq üçün çıxdıqları bu yolda sağlamlıqlarından olmasınlar. XXI əsr, il 2025-ci il... amma infrastruktur 1980-ci illər...
Xırdalan stansiyasının yenilənməsi niyə gecikir?
Məsələylə bağlı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin fikrini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev Bizim.Media-ya bildirdi ki, köhnə infrastrukturlar mərhələli şəkildə yenilənir:
“Bu, sovet dövründən qalma infrastrukturdur. Dəyişdirilməsi üçün müəyyən maliyyə vəsaiti lazımdır. Təbii ki taxta pilləkənlər köhnəldikcə biz onları yeniləyirik, amma onların konstruksiyası Sovet vaxtı elə qurulub ki, onu digər materiallarla, ağır örtüklərlə əvəz etmək mümkün deyil. Hazırda elə ən uyğunu taxtadır. Taxtalar da açıq havada olduğu üçün zaman-zaman çürüyüb dağılır. Amma əməkdaşlarımız tərəfindən vaxtaşırı baxış keçirilir, lazım gəldikdə hansılar ki təmirə uyğundur, yenilənir. Gələcəkdə isə ümumiyyətlə yeni, müasir mexanizmlərlə əvəzlənəcək”.




Şəfiqə Şəfa, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Oktyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see179

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see164

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see141

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see140

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see139

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see137

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see137

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see133

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see133

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see128

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see127

MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış olublar FOTOLAR

29 Noyabr 2025 15:42see126

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see126

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see126

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see125

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see124

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see124

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see123

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see123

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri