Icma.az
close
up
RU
Minlərlə turist “Tik Tok” reklamından sonra xizək kurortunu “dağıdıb”

Minlərlə turist “Tik Tok” reklamından sonra xizək kurortunu “dağıdıb”

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliyanın Apennin adalarında yerləşən kiçik Rokkaroso qəsəbəsi sosial şəbəkələrin gücünü yaşayıb. Məşhur bloqqer La Crescenzo buranı "gözəl yer" adlandırıb və nəticədə 10 min turist 260 avtobusla oraya axışaraq xaosa səbəb olub. Üstəlik, şəhərin əhalisi 2000 nəfərdən çox deyil.
 

Sfera.az bildirir ki, 2 min nəfər əhalisi olan şəhərə 10 min turist axın edib.


İtaliyanın kiçik Rokkaroso şəhəri eyni vaxtda “TikTok” videosunu görən 260 turist avtobusu ilə dolub.
 

Turistlər internetdə hər şey daxil olmaqla 20 avroya bir günlük turlar üçün ucuz sövdələşmələr əldə ediblər. Yaxud da öz maşınları ilə ora gediblər. Üstəlik, Rokkaroso Neapoldan cəmi iki saatlıq məsafədədir. Amma, dağ yolları avtobus və maşınlarla tıxandığından, şəhər zibillə dolduğundan yollar və xizək enişləri canlı cəhənnəmə çevrilib.
 

Əvəzində qış nağılı görəcəyini gözləyən narazı turistlər qarsız yamacları, dolu restoranları və insan izdihamını görüblər.
 

İfluencer Rita De Crescenzo keçən həftə ziyarət etdikdən və səhifəsində kurortu təbliğ edən paylaşımla doldurduqdan sonra çoxlarının dağ şəhərciyinə getməyə qərar verdiyi deyilir.


 

“Mafiya anası” obrazı sayəsində platformada 1,7 milyon izləyici toplayan “TikTok” ulduzu səfər zamanı ailəsinin qarda əyləndiyini əks etdirən videoları paylaşaraq Roccarasonu “gözəl yer” adlandırıb.
 

De Crescenzo, turistlərin qondarma "işğalına" görə heç bir məsuliyyət hiss etmədiyini bildirib və əlavə edib ki, videoları sayəsində bəlkə də bundan iki dəfə çox turist gələn həftə sonu kurorta axın edəcək.
 

"Nəticələr müstəsna idi. Videolara bir milyon dəfədən çox baxıldı" - deyən bloqqer əlavə edib ki, onu izləyən və şəhərə gələn insanlar əsl ailələrdir, övladlarına unikal təcrübə yaşatmaq istəyən insanlardır.
 

Bir çox turistin büdcəyə uyğun turları sifariş edərkən ümid etdiyi “ağ həftəsonu” əvəzinə məlum olub ki, yerli hakimiyyət sadəcə olaraq insan axınının öhdəsindən gələ bilmir.
 

Şahidlərdən birinin dediyinə görə, şəhər insan izdihamı ilə dolub və evdə hazırlanmış xizəklərdə olan uşaqlar dağın yamacından aşağı qaçarkən insanları “boulinq topları kimi yıxıblar".
 

Qaya adlı 20 yaşlı turist həftə sonlarının kabusa çevrildiyini danışıb.
"Təəssüf ki, hər şey pis getdi, çünki heç kim bu qədər insanın gələcəyini gözləmirdi. Restoranlarda biz pulsuz stol istəyəndə qapılar üzümüzə bağlandı, tualetdə saatlarla dayanırdıq", amma qızın dediyinə görə, turistlərin özləri də günahkar olublar, Rokkarasodan piknik yeri kimi istifadə edib bu gözəl yerlə pis rəftar ediblər.
 

L'Aquila yerli hakimiyyət orqanları xaosa fövqəladə iclas keçirərək və avtobusların şəhərə daxil olmasına məhdudiyyətlər qoyaraq cavab verib.
 

Roccaraso Bələdiyyə Başçısı Francesco Di Donato, şəhər xaricindəki parkinqin məşhur dayanacaq yerinə çevrildiyi və yolların tıxanmasına səbəb olduğu yaxınlıqdakı Viale Napolidə avtobus dayanacağına qadağa tətbiq etdiyini açıqlayıb.
 

Yerli “Leggo” xəbər agentliyinə görə isə, gələn həftə sonu şəhəri oxşar insan axınından "qorumaq" üçün avtobus yoxlamalarına başlanılıb və hətta ordu dəstəyi çağrılıb.

Xanım

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://sfera.az
archiveBu xəbər 31 Yanvar 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri