Icma.az
close
up
RU
Minsk qrupu tarixə qovuşdu: Fəaliyyətsiz qurumun bağlanması labüd idi

Minsk qrupu tarixə qovuşdu: Fəaliyyətsiz qurumun bağlanması labüd idi

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

"ATƏT-in Minsk qrupu dekabrın 1-də fəaliyyətini dayandırıb. Bu, faktiki olaraq həm Azərbaycanın mühüm tələblərindən birinin yerinə yetirilməsi, həm də keçmiş Dağlıq Qarabağ münaqişəsinin sonuncu simvolunun aradan qalxması deməkdir".

Bunu politoloq Turan Rzayev Bakıvaxtı.az-a bu strukturların ləğv edilməsinin hansı siyasi və diplomatik nəticələr doğuracağından danışarkən bildirib.

Onun sözlərinə görə, prinsipcə, Minsk qrupunun fəaliyyətinin dayandırılmasının siyasi nəticəsi azdır. Çünki bu qurum uzun illər mövcud olsa da, ortaya ciddi nəticələr qoya bilmədi. Azərbaycan və Ermənistan arasında münaqişənin həllinə dair konkret addımlar, sərt qərarlar və ya tərəfləri razılığa gətirəcək təsirli vasitəçilik göstərməyə nail olmadı. Nəticədə münaqişə müharibə mərhələsinə keçdi:

"Bu təşəbbüs müharibədən sonra da fəaliyyətsizliyə ilə seçilirdi. Lakin yeni tendensiya həm də tərəflərin təşkilata ehtiyac görməməsi idi. Ermənistan və Azərbaycan ikitərəfli danışıqlar aparmağa başladı və bu təcrübə qısa zamanda öz bəhrəsini verdi. Məsələn, artıq iki ölkənin liderləri qatıldıqları əksər müxtəlif beynəlxalq tədbirlərdə bir araya gəlir, səmimi və konkret müzakirələr aparırlar".

Turan Rzayev: Minsk qrupunun fəaliyyətini dayandırması sülh prossesində dəyişiklik yaratmır

Vaşinqton görüşündə faktiki olaraq sülh sazişinin paraflandığını xatırladan ekspert bildirir ki, bu proses artıq tərəflərin birbaşa iradəsi və diplomatik addımları ilə irəliləyir:

"Minsk qrupunun dekabrın 1-də fəaliyyətini dayandırması sülh prossesində əhəmiyyətli dəyişiklik yaratmır. Yəni qrupun bağlanması hazırda sadəcə formal bir addımdır. Əsas məsələ Azərbaycan və Ermənistanın birbaşa dialoqu, qarşılıqlı səfərlər və səmimi danışıqların olmasıdır. Prosesin həlledici mərhələsi olaraq 2026-cı ildə sülh sazişinin imzalanması mümkündür".

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Dekabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri