Icma.az
close
up
RU
Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır

Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanla Ermənistan arasında münaqişə başa çatıb, sülh müqaviləsi üzrə danışıqlar davam etdirilir. Hər iki tərəf istəyir ki, sülh müqaviləsi bağlansın. Bu müqavilə Azərbaycan – Ermənistan münasibətlərində yeni fəsil açılacağına və düşmənçiliyə son qoyulacağına səbəb ola bilər. Bu, həmçinin Cənubi Qafqazın üç dövləti – Azərbaycan, Gürcüstan və Ermənistan arasında siyasi-iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

Bundan başqa, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi də praktiki nəticələr verir. Məlumdur ki, Azərbaycan ilə Ermənistan arasındakı dövlət sərhədi uzun illər rəsmi İrəvanın işğalçılıq siyasəti nəticəsində şərti xarakter daşıyıb. Amma indi vəziyyət dəyişib. Azərbaycanın qalib tərəf kimi diktə etdiyi şərtlər fonunda Ermənistan delimitasiya prosesində məqsədli şəkildə ləngimələrə yol verə bilmir. Bunun nəticəsidir ki, Qazaxda artıq müəyyən olunmuş dövlət sərhədi var. Hazırda delimitasiya danışıqları davam edir. Məcburi köçkünlər də işğaldan azad olunmuş ərazilərə, öz doğma ata-baba torpaqlarına qayıdırlar.

Bu mənada, Ermənistanla sülh müqaviləsinin açıq qalan müddəaları üzrə danışıqların, həmçinin şərti dövlət sərhədində delimitasiya və demarkasiya məsələlərinin davam etdirilməsi 2025-ci ildə Azərbaycan hökumətinin fəaliyyət istiqamətlərini müəyyənləşdirir.

Qeyd edək ki, bu istiqamətdə danışıqların heç birində ATƏT-in Minsk qrupu iştirak etmir. Belə olan halda bu quruma ehtiyac varmı? Əlbəttə, yox! ATƏT-in Minsk qrupunun vəzifəsi vasitəçilik, missiyası isə tənzimləmə qrupu kimi münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları əsasında həllinə nail olmaq idi. Amma ATƏT-in Minsk qrupu Azərbaycanla Ermənistan arasındakı münaqişənin həlli üçün heç bir addım atmayıb, ortaya ciddi sənəd qoymayıb. Münaqişənin həlli üçün vahid mövqe razılaşdırmayıb.

Danışıqlar zamanı həmsədrlərin hər biri öz maraqlarını güdüb. Onların razılaşdıqları yeganə şey problemin Azərbaycanın maraqlarının ziyanına, Ermənistanın xeyrinə həlli olub.

Minsk qrupu məcburi köçkünlərin geri qayıtması üçün də heç nə etməyib. Parisdə və başqa yerlərdə keçirilən beynəlxalq konfranslar isə sadəcə, gözdən pərdə asmaqdan başqa bir şey deyildi. O da aydın olub ki, Minsk qrupu münaqişənin həlli üçün deyil, de-fakto onun saxlanması üçün yaradılıb.

Başqa sözlə, Minsk qrupu münaqişənin tənzimlənməsinin həlli ilə deyil, “diplomatik turizm”lə məşğul olub. Sonda Azərbaycan öz gücü ilə, hərbi-siyasi yolla münaqişənin həllinə nail oldu. Ordumuz 44 günlük müharibədə möhtəşəm Qələbə qazanaraq, ərazi bütövlüyünü bərpa etdi. Bunu vasitəçilərsiz, illərlə davam edən mənasız danışıqlarsız etdi. Bununla da, ATƏT-in yaratdığı Rusiya, ABŞ və Fransanın həmsədr olduqları Minsk qrupu tarixin zibilliyinə atıldı. Buna baxmayaraq, Minsk qrupu hələ də rəsmi şəkildə ləğv olunmayıb. Qərb onu dirçəltməyə çalışır. Bununla da Cənubi Qafqazda biz də varıq deməyə çalışır. Yəni təzyiq vasitəsi kimi özünü qorumağa çalışır.

Azərbaycan tərəfi isə Minsk qrupunun ləğvini təklif edib. Bu, ilk növbədə Azərbaycanın onların fəaliyyətinə heç bir ehtiyac duymaması ilə bağlıdır. Daha heç bir vasitəçiyə ehtiyac qalmayıb. Bakı və İrəvan aralarındakı problemləri vasitəçilər olmadan ikitərəfli danışıqlar yolu ilə həll etməyə çalışırlar. Bu barədə Prezident İlham Əliyev çıxışlarının birində deyib: “Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq”.

Ermənistan da Qarabağ münaqişəsinin həlli üzrə Rusiya, ABŞ və Fransadan ibarət ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi son mətbuat konfranslarından birində bildirib: “Sülh kontekstində biz ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı qərar qəbul etməyi mümkün sayırıq”.

Bunlara baxmayaraq Qərb “ölü” qurumu diriltməyə çalışır. Bəs məqsəd nədir? Bu məsələyə toxunan Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov vurğulayıb ki, Helsinki prinsiplərinin pozulmasından əziyyət çəkmiş ölkə kimi biz ATƏT-in öz prinsiplərini qorumaqda uğursuzluğundan dərin məyusluq hissi keçirən ilk dövlətlərdən biriyik. O qeyd edib ki, ikili standartlara və beynəlxalq hüququn seçmə yanaşma əsasında tətbiqinə son qoymaq lazımdır: “İnsan hüquqlarından siyasi məqsədlər üçün sui-istifadə yolverilməzdir... Vasitəçiliyin zorla qəbul etdirilməsi cəhdləri BMT Baş Assambleyasının müvafiq qətnaməsi daxil olmaqla, beynəlxalq hüququn pozulması deməkdir. Məsələn, ATƏT-in qondarma Minsk qrupunu süni şəkildə saxlamağa çalışmaq münaqişə yaratmaq məqsədi daşıyır və sülhə xidmət etmir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə edilmiş bütün konkret nəticələr ikitərəfli formatda mümkün olub. Azərbaycan qalan məsələlərin xoş niyyət əsasında ikitərəfli şəkildə həllinə sadiqdir”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli isə bildirdi ki, Ermənistanla Azərbaycan arasında davam edən danışıqlar prosesində ölkəmizin Ermənistan qarşısında qaldırdığı tələblərdən biri də Minsk qrupunun fəaliyyətinə son qoyulmasıdır. Faktiki olaraq bu qurum fəaliyyət göstərmir. İkinci Qarabağ müharibəsindən sonra münaqişə həll edilib. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Yəni Minsk qrupunun məşğul olduğu məsələ artıq öz həllini tapıb.

Azərbaycan Minsk qrupunun fəaliyyətinə son qoyulması ilə bağlı Ermənistanla birgə ATƏT-ə müraciət etməlidir. Təəssüf ki, ölkəmiz dəfələrlə danışıqlarda bu məsələni qaldırsa da, müsbət nəticə əldə olunmayıb. Çünki Ermənistan hökuməti əvvəllər buna razılıq vermirdi. Ancaq son zamanlar, hər halda müsbət haldır ki, onlar belə bir qrupun fəaliyyətinə ehtiyac olmadığını bildirirlər. Bununla yanaşı, müraciət etməyə hazır olduqlarını da bəyan edirlər. Ermənistan baş naziri və digər rəsmilər tərəfindən mövqe bildirilsə də, təəssüf ki, ermənilər tərəfindən bu istiqamətdə konkret addımlar atılmır. Hər halda, düşünürəm ki, bu məsələ həllini tapmalıdır. Çünki o, sülh prosesinə maneədir.

Hesab edirəm ki, belə bir qurumun strukturunu saxlamaq bölgədə münasibətlərin normallaşmasını istəməyən güc mərkəzlərininin maraqlarına uyğundur. Onlar çalışırlar ki, Minsk qrupu öz mövcudluğunu davam etdirsin. Əllərində təsir vasitələri olsun. Ancaq Azərbaycan mövqeyini ortaya qoyub. Bu mövqe ona əsaslanır ki, artıq münaqişə həllini tapıb və Minsk qrupunun fəsliyyətinə son qoyulmalıdır”.

Bəli, artıq Cənubu Qafqazın geosiyasi vəziyyəti dəyişib. Azərbaycan regionun güclü dövlətinə, söz sahibinə çevrilib. Kimsə düşünürsə ki, hansı yollasa ona təzyiq edəcək, yanılır. Minsk qrupu keçmişdə qaldı, Azərbaycan gələcəyə doğru əmin addımlarla irəliləyir. Onu bu yoldan döndərmək mümkün deyil.

Pünhan ƏFƏNDİYEV,
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri